Formula 1

Felipe Massadan “son” qərarı

167views

Williams komandasının adından çıxış edən Formula-1 pilotu Felipe Massa sezonun sonunda karyerasını bitirəcəyini açıqlayıb.

İtaliyanın Monza kəndində mətbuat konfransı keçirən Massa təqaüdə ayrılmaq üçün doğru vaxtın olduğunu deyərək “Özümü rahat və xoşbəxt hiss edirəm. Belə qərarlar alarkən çox möhkəm olmaq lazımdı” fikirlərini bildirib.

Braziliyalı pilot bu sezon Abu-Dabidə keçiriləcək son yarışda 250-ci dəfə pistə çıxacaq. Son yarışdan sonra Formula-1 sevərlər ilə vidalaşacaq. Qeyd edək ki, Ferrari komandası adına yarışdığı 2006-2013 illəri Massanın karyerasının yüksəlişi olub. 2008-ci ildə isə onu çempionluğdan 1 xal ayırdı. Həmin il Massa Lewis Hamilton’a məğlub olmuşdu.

Elnur Cəfərov
idman xəbərləri yazarı