Dünya

Federal hakim Trump’ın qərarını dondurdu, 7 ölkə yenidən ABŞ’a səyahət edəcək

Donald Trump 2017 fevral
68views

ABŞ-da federal hakim, prezident Donald Trump’ın 7 Müsəlman ölkəsi və qaçqınların ölkəyə girişini qadağan edən qərarı müvəqqəti olaraq dayandırdı.

Seattle şəhəri hakimi James Robart, Ağ ev’in viza qadağasını təxirə salan hökmü oxudu. Ağ ev mütləq şəkildə qərara uymaq  məcburiyyətindədir.

Qəbul olunan qərarın tarixi olduğunu vurğulayan Washington Əyaləti Baş prokuroru Bob Ferguson, “Bu tamamilə tarixi bir qərardır. Hüququn üstünlüyü və bütün ölkə xalqı üçün əhəmiyyətli bir qərardır. Əvvəldən də dediyim kimi bu, bir məhkəmənin verdiyi qərar yox, Konstitusiyanın özüdür” deyə bildirib.

yaaz.az ABSda viza haqinda 2017

Dərhal məlumat yayımlayan Ağ ev isə,  məhkəmənin verdiyi qərarı ‘rüsvayçılıq’ olaraq xarakterizə edib.

Məlumatda hökumətin sözü gedən qərarı ölkənin təhlükəsizliyi üçün qəbul etdiyini və hakim Robart’ın qərarını dayandırmaq üçün təcili tədbirlərin görüləcəyi bildirilib.

Beləliklə bu gündən etibarən 7 ölkə vətəndaşlarının ABŞ-a səyahəti yenidən mümkün olacaq.