Musiqi

Faiq Ağayev “Uşaq kimi” mahnısını təqdim edib

732views

Bir neçə müddətdir ki, promo versiyası təqdim edilən “Uşaq kimi” mahnısı artıq tam versiyada internet istifadəçiləri üçün yayıma verilib.

Xalq artisti Faiq Ağayevin yeni mahnısı “Uşaq kimi” tam versiyada internet üzərindən yayıma verilib. Bu barədə ifaçı facebook vasitəsi ilə məlumat verib. Mahnı daha öncədən internet istifadəçiləri üçün yalnız promo versiyada təqdim edilməsinə baxmayaraq, ölkənin aparıcı radio dalğalarında səsləndirilməkdə idi.

Mahnı barəsində sorğumuza cavab verən Xalq artisti Faiq Ağayev: “Uşaq kimi” mahnısının musiqisi Rabil Səfərli, sözləri Rauf Sübhi, mix və masterinq Givi Usenaşviliyə məxsusdur. Klip çəkilişləri barəsində isə hazırda düşünmürəm. – deyə məlumat vermişdir.