İnternetŞəbəkə

Facebook’un yeni funksiyası ilə saxta xəbərlər məlum olacaq

231views

Facebook’un yeni funksiyası ilə saxta xəbərlər məlum olacaq.

Yaxın zamanda reallaşan ABŞ prezident seçkilərində platformada paylaşılan saxta xəbərlərin artımıyla əlaqədar çox sayda tənqid alan Facebook, problemin həlli üçün professional kömək almağa qərar vermişdi. Global bir şirkət olan Poynter Network ilə iş birliyinə girən Facebook, 4 addımda saxta xəbərlərdən xilas olmağı planlaşdırır.

Daha əvvəl saxta xəbərlər və təcavüzkar məlumatlar üçün süni zəka istifadə edəcəyini ifadə edən Facebook, Blog vasitəsi ilə edilən açıqlamasında saxta xəbər probleminin nə qədər ciddi qəbul etdiyini də göstərmiş oldu. Asan hesabat, xəbərin mübahisəli xəbər olaraq nişanlanması, məlumatlandırılmış paylaşım və saxta xəbər göndərənlər üçün maliyyə təşviqindən imtina olunmaq üzrə 4 addımdan ibarət sistem sayəsində saxta xəbərlər ilə mübarizə aparacaq.

Məlumatda bu 4 addımın istifadəçilərin təcrübəsini daha yaxşı hala gətirmək adına yaradıldığını ifadə edən Facebook, etdikləri testlər nəticəsində addımların dəyişib inkişaf etdiriləcəyini də əlavə edib. Asan hesabat qismi isə bu prosesin ən əhəmiyyətli addımıdır, xəbərin sağ üst qisimindən çata biləcəyiniz imkanlar ilə şübhəli olduğunu düşündüyünüz xəbəri saxta xəbər olaraq işarələyə biləcəksiniz.

Facebook'da saxta xəbər paylaşımlarını şikayət etmək.
Facebook’da saxta xəbər paylaşımlarını şikayət etmək.

Şikayət olunan və mübahisəli xəbər kimi paylaşımlar üçüncü partiya doğrulama təşkilatı olan Poynter Network tərəfindən araşdırılacaq. Bu sistem sayəsində təsbit edilən və sonrasında saxta olduğu qətilik qazanan xəbərlərin üzərində saxta xəbər şəklində bir xəbərdarlıq olacaq və xəbər axışında daha az görünəcəkdir. Eyni zamanda paylaşımların üzərində xəbərlərin saxta olduğuyla əlaqədar bir səbəb bildirişi də yer alacaqdır.

Bu xəbərləri bölüşmək yenə də mümkün olacaq, lakin Facebook, bu xəbərləri paylaşmaq istədiyinizdə saxta olduğuna dair bir sizə xəbərdarlıq edəcək. Mübahisəli xəbər kimi qeyd olunan xəbərlərin sponsorlu məzmun ola bilməyəcəyi də edilən açıqlamada ifadə edilmişdir, yəni bu xəbərləri reklam kimi istifadə edə bilməyəksiniz.

Facebook Reporting Fake News

Saxta xəbər paylaşımı edənləri təsbit etməyi məqsəd qoyduqlarını ifadə edən Facebook, böyük mətbuat təşkilatlarını təqlid etməyə çalışan internet saytlarını cəzalandıracağını da ifadə etmişdir. Facebook, əgər bu sistem sayəsində müvəffəqiyyətli ola bilsə, nəhayət sosial media saxta xəbər zibilliyi olmaqdan xilas ola bilər.

Addressing Hoaxes and Fake News from Facebook on Vimeo.