Məşhurlar

Facebookun yaradıcısı Zuckerberg ikinci dəfə ata olacaq

60views

Sosial media nəhəngi Facebookun təsisçisi və rəhbəri Mark Zuckerberg, həyat yoldaşı Priscilla ilə ikinci bir qız uşaq gözlədiklərini açıqlayıb.

Zuckerbergin Facebook və Instagram hesabları üzərində etdiyi paylaşımında, özünün və yoldaşının illər əvvəl öz bacıları ilə çəkilmiş görüntüləri yer alıb.

Açıqlamasında Zuckerberg, “Priscillanın hamilə olduğunu öyrənəndə, ilk arzumuz uşağın sağlam olması idi. İkinci arzum isə bir qız körpə olması idi. Bir bacıya sahib olmaqdan daha gözəl bir hədiyyə təsəvvür edə bilmirəm.” dedi.

Zuckerberg, yoldaşının və özünün uşaqlıq dövrlərini göstərən 4 fərqli foto bölüşərək bacıya sahib olmağın özü üçün nə mənaya gəldiyindən danışıb. Üç bacı ilə böyüdüyünü və onlardan çox şey öyrəndiyini vurğulayan Zuckerberg, bacılarının yalnız bacı olmadığını, eyni zamanda çox da yaxşı dost olduqlarını qeyd edib.

İkilinin ilk uşağı Max Zuckerberg (Maxima Chan Zuckerberg) 2015-də dekabr ayında dünyaya gəlmişdi.