Dünya

Facebookun ilk internet peykini daşıyacaq olan SpaceX roketi partladı

352views

Facebookun ilk internet peykini daşıyacaq olan SpaceX roketi partlayıb.

Cape Canaveral, Florida sakinləri böyük bir partlayışla sarsılıblar. Uzaqdan sonic boom‘a bənzəyən bir təsir yaratdığı bildirilən partlamanın, qısa müddət sonra, SpaceX’in, Cape Canaveral Air Force Station’dan reallaşdırdığı raket mühərrikinin testi əsnasında meydana çıxdığı aydın olub.
Partlayış, SpaceX-in 3 sentyabrda havaya qaldırmağı planlaşdırdığı insansız Falcon 9 roketini test edərkən reallaşıb. Raketin vəzifələri arasında Facebook’un internet.org layihəsində istifadə ediləcək Amos-6 ünsiyyət peykini orbitə daşımaq da var idi. NASA tərəfindən edilən şərhə görə, hadisədə yaralanan ya da ölən kimsə yoxdur.