İnternet

Facebook’da təhlükəsizlik problemi meydana gəlib

249views

Ötən günlərdə məşhur sosial paylaşma şəbəkəsi Facebook`da hesabların dəqiqələr içərisində oğurlanmasına səbəb olan olduqca kritik lakin bir o qədər də sadə bir təhlükəsizlik xətası ortaya çıxıb.

Facebook hər nə qədər əvvəlki qədər məşhur deyilsə də, hələ də dünyanın ən böyük ictimai paylaşım şəbəkəsi olaraq qalır.

Kaliforniyada yaşayan Gurkirat Singh adlı bir proqram mühəndisi Facebook`da olduqca kritik bir açıq tapıb.

Facebookun şifrə sıfırlama üçün göndərdiyi kodu tapmağa çalışmaq yerinə, koda uyğun hesabı tapmağa çalışıb və bu hədəfində də müvəffəqiyyətli olub.

Oxşar nömrəni təxminən 2 milyon adamın Facebook hesabında sınayacaq bir proqram yazan Gurkirat, bir neçə dəqiqə içərisində onlarla profili hack`lamağı bacarıb.

facebook-password-hack

İlk olaraq ötən may ayında bildirdiyi xətanın Facebook tərəfindən xəta olaraq dəyərləndirilmədiyini bildirən Gurkirat, Facebook’a xətanın ölçüsünü izah edə bilmək üçün təxminən 1 aylıq bir iş etdiyini də əlavə edib.

Facebook kimi nəhəng bir saytın olduqca sadə bir məntiqə sahib olmasına baxmayaraq bu qədər kritik səviyyədə bir açıq olması istifadəçilərdən ciddi reaksiya alıb.

Facebook reaksiya sonrası, açığı bağladığını və Gurkirat’a isə 500 dollar dəyərində pul mükafatını verdiyini açıqlayıb.