Cihazlarİnternet

Facebook “Virtual Reallıq” təcrübəsinin ilk demosu dərc olunub – Video

232views

Facebook “Virtual Reallıq” təcrübəsinin ilk demosu dərc olundu.

Facebookun bundan iki il əvvəl Oculus VR’ı satın almasından dərhal sonra Mark Zuckerberg, gələcək on il üçün üç əsas hədəfi sırasında gələcəyin platformasını inşa etmək olduğunu açıqlamışdı.

Virtual reallıq (VR) əsas platforma halına gəlməsində nəhəng sosial şəbəkə Facebook vacib rola sahib olacaq. Facebookun kritik missiyası, bütün təcrübələrimizi bir ictimai VR şəbəkəsinə çevirmək, uzun müddət vəd etdiyini düşünsək də, Facebookun bu layihəsinin nəyə bənzəyəcəyinə dair ilk dəfə bir demo yayımlanıb.

Sosial VR’a aid ilk demo, 5-7 oktyabrda təşkil edilən Oculus’un inkişaf etdirici konfransı Connect’də, Mark Zuckerberg tərəfindən paylaşıldı. Canlı demo təcrübəsində iki Facebook işçisinə bağlanan Mark Zuckerberg, burada insanların avatarlarıyla söhbət edə bilir. Avatarlar təmsil etdikləri şəxslərə bənzəməklə qalmır, eyni zamanda duyğularını üz ifadələrinədə köçürə bilir. Facebook, bunun üçün Oculus’un Touch nəzarət pultundan istifadə edir. VR görüşməsinə qatılan istifadəçilər üçün bir yer məhdudlaşdırması yoxdur, istədiyiniz anda, yoldaşlarınızı istədiyiniz yerə sürətlicə “şüalandıra bilirsiniz”. Qrup tərəfindən, kart oyunları və ya şahmat kimi oyunları oynaya, sonsuz zoom’la video izləyə və başqa xidmətlərdən istifadə edə bilərsiniz. Demoda, Facebook Messenger üzərindən, avatarınızın gerçək bağlantılarınızla görüntülü söhbət etməsi ilə yanaşı hətta virtual bir selfie çəkib, Facebookda paylaşmağın da mümkün olduğu bildirilir.

Təcrübələrin ya da görünüşlərin bu mərhələdə mükəmməldən çox uzaq olduğu görünsə də ancaq Facebookun VR görüntüsünün getdikcə daha təsir edici bir hal alacağı gerçəyini dəyişdirmir.