Şəbəkə

Facebook Messenger’ə “reaksiya” xüsusiyyəti gəlir

785views

Facebook Messenger’ə “reaksiya” xüsusiyyəti gəlir.

Facebooka əlavə olunan “reaksiya” xüsusiyyəti görünüşə görə yaxında Messenger tətbiqinə də əlavə olunacaq. İstifadəçilər mesajlaşma zamanı hər hansı bir mesaj üçün reaksiyanı emojilərlə qeyd edə biləcəklər.

Facebookun reaksiya xüsusiyyətini hamımız bilirik. Bu xüsusiyyət ilə birlikdə Facebook istifadəçiləri, göndərilərin altına 6 fərqli emojidən yaranan “reaksiya”dan birini seçib göndərə bilirlər. Bu xüsusiyyətin Facebook istifadəçiləri tərəfindən qısa müddətdə mənimsəndiyini deyə bilərik.

Bu gün gələn xəbərlərə görə Facebook, bu xüsusiyyəti indi də mesajlaşma tətbiqi Messenger-də test edir və yaxın zamanda Messenger, fərdi olaraq mesajlara reaksiyanızı göstərəcəyiniz “reaksiya” xüsusiyyəti əlavə olunacaq.

Facebook Messenger Emoji

Digər tərəfdən, görünür Messenger-ə daxil olan reaksiyalar arasında “narazılıq” mənasını verən ‘bəyənməmək’ emojisi də yer alacaq.

Hazırda test edilən bu xüsusiyyətin nə vaxt bütün istifadəçilər üçün təqdim olunacağı bilinmir.