Şəbəkə

Facebook işçiləri nə qədər maaş alırlar?

748views

Facebookda çalışmaqdan daha cəlbedici bir texnologiya işi düşünmək çətindir.

Facebook, 1,59 milyard aktiv istifadəçi sayı ilə sosial şəbəkədə inanılmaz və təbii liderliyə çatıb. Şirkət İcraçı Direktoru Mark Zuckerberg Amerikada ən sevilən rəhbərlərdən biridir. Həmçinin şirkətin COO-su Sheryl Sandberg də ən məşhur rəhbərlərdən biridir.
Glassdoorun bildirdiyi ödəmə rəqəmlərinə görə, Facebook investor-bankir səviyyəsində pul qazanıla bilinən bir yerdir. Əlbəttə, əgər mühəndissinizsə.
Facebook
Glassdoora görə, Facebookdakı 15 fərqli vakansiya üçün ümumi rəqəmlər – illik maaş və bonus – olmaqla, artan ardıcıllıqla bu şəkildədir:

1. Məhsul Analitiki: $118,864

2. İstehsalat Mühəndisi: $132,534

3. İstifadəçi İnterfeys Mühəndisi: $146,708

4. Göstərici Mühəndisi: $146,949

5. Şəbəkə Mühəndisi: $160,172

6. Proqram Mühəndisi III: $171,076

7. Tədqiqat-araşdırma vəzifəsi: $172,705

8. Texniki Proqram Direktoru: $175,589

9. Proqram Mühəndisi: $183,397

10. Göstərici məlumat vəzifəsi: $185,743

11. Məhsul Mühəndisi: $194,907

12. Proqram Mühəndisi IV: $209,988

13. Yuxarısəviyyə Proqram Mühəndisi: $211,647

14. Proqram Mühəndisi V: $259,349

15. Mühəndislik Rəhbəri: $380,861

Əgər bu işlərdən birinə sahil olmaq istəyirsinizsə, göstəricilərinizə əsasən, Stanford Universiteti, Kaliforniya Universiteti, Berkli və ya Ostin, Texas Universitetlərində təhsilli olmalısınız.