İnternet

Facebook elan saytlarına rəqib yeni tətbiqinin yayımına başladı

274views

Facebook, elan xidməti Marketplace layihəsinə start verdi.

Facebook alış-veriş elan qrup səhifələrinin ziyarətçi sayı aylıq 450 milyonu keçir. Facebook, bu məşhur praktikadan yola çıxaraq platformasında kritik bir xüsusiyyəti dövriyyəyə salır. Marketplace adlı xüsusiyyətini açdığını bildirən Facebook, məşhur, qlobal və yerli mobil elan tətbiqlərinə rəqib olur.

Facebookun bu gün tanıtdığı Marketplace, Facebookda ayrı və müstəqil bir hissə olaraq hazırlanıb. Facebook ana tətbiqinin ən alt sətirində əlavə bazar yeri ikonuyla girilə bilən Marketplace, bənzəri mobil elan tətbiqlərinə çox bənzəyir.facebook-marketplace

Məkan əsaslı olaraq çalışan Facebook Marketplace açılışda sizə yaxınınızdakı kəslərə aid elanları göstərir. Elanları axtarış qutusunda, yer, ev əşyaları, elektronika kimi kateqoriyalar və qiymət kimi filtrlara görə sıralamaq mümkündür. Marketplace’də yerinizi dəyişdirərək axtarış etməniz, məhsulla əlaqədar detalları görməniz və əlbəttə satıcının Facebook profilini görməniz mümkündür. Elan tətbiqlərinin bir digər məşhur xüsusiyyəti mesajlaşma isə Marketplace’də Facebook Messenger ilə tamamlanır. Alıcılar və ya satıcılar Marketplace’dəki elanlar üçün Messenger vasitəsilə təklif verib, görüşməyə başlayırlar. Satış əməliyyatı isə Facebook Marketplace xaricində reallaşır, yəni şirkət ödəmə əməliyyatını platformasında etdirmir, ən azından hələlik.

Facebook Martketplace ilə elan vermək də ən az mobil elan tətbiqləri qədər asandır. Etməniz lazım olan məhsulun fotoşəkilini çəkib, detal məlumatları girmək, mövqe məlumatınızı təsdiqləmək və elanı Facebook Marketplace’də paylaşmaqdır.

Facebook Marketplace ilk etapda ABŞ, Böyük Britaniya, Avstraliya və Yeni Zellandiya olmaq üzrə dörd bazarda istifadəyə təqdim edilir. Facebook iOS və Android tətbiqlərindən istifadə edilən yeni xüsusiyyət, bu bazarlarda kifayət qədər məşhur hala gəldiyində, qlobal açılımını edəcək.