İnternet

Facebook bir istifadəçidən nə qədər pul qazanır?

174views

1.8 milyard istifadəçisi olan Facebook, istifadəçilərindən nə qədər pul qazandığını açıqlayıb.

Facebook, növbəti rüb üzrə açıqlamasında, 2,4 milyard dollar təmiz gəlir olmaq üzrə cəmi 7 milyard dollar gəlir qazandığını açıqlayıb. Ötən il açıqlanan rəqəmdən 59% daha yüksək olan bu rəqəm yenə Facebookun əsas səhmdarı tərəfindən bəyənilməyib və Facebook birjada eniş yaşayıb.
Analitiklər 2,4 milyard olan təmiz gəlirin, 2,8 milyard dollar olaraq gözlənildiyini, Facebookun da bunu qarşılamaması ilə bazar tərəfindən mənfi qarşılandığını ifadə ediblər. Burada belə bir sual yaranır.

Facebook bir istifadəçisindən nə qədər pul qazanır?
Facebook sonuncu rübdə, bu ankı üzv sayı və son açıqlanan gəliri ilə birlikdə bir istifadəçidən ortalama 4.01 dollar qazanıb, bir ilin cəmində isə bir istifadəçidən 16 dollar gəlir əldə edir.