MaraqlıMəşhurlar

Eynşteynin dilini çıxararaq çəkildiyi məşhur fotoşəkilin hekayəsini bilirsiniz?

82views

Eynşteynin bu fotosunu yğqin ki, görməyən yoxdur.

Məşhur elm adamının dilini az qala çənəsinə qədər çıxardığı bu pozayla bağlı günümüzə qədər bir çox hekayə danışılıb. Bəs bu pozanın arxasındakı gerçəyin səbəb nədir?

‘Mühüm xəbər fotoları və arxasındakı hekayələr’ adlı kitabın müəllifi Jhon Saber, fotonun hekayəsinə kitabında yer verərək yaranna sualları aradan qaldırıb.
Eynşteyn 72-ci doğum günü şərəfinə verilmiş bir dəvətdə, elm adamlarından və bəzi xüsusi dostlarından ibarət bir icmalda 14 mart 1951-ci ildə Prinston Club adlı məkanda görüşür. Dəvətdə mətbuatdan çox sayda fotoqraf da yer alır. Tədbir Einsteini olduqca yormuşdur amma buna baxmayaraq, fotoqrafların istəklərini sındırmayaraq poza verməyə davam edir.
Gecənin sonunda isə bir dostu Eynşteyni evinə aparmağı təklif edir və birlikdə oradan ayrılan kimi maşına minirlər. Tam bu əsnada xəbər operatoru Art Asse, Eynşteynə yaxınlaşaraq son bir dəfə fotoşəkil çəkmək istədiyini söyləyir. Sasse bu barədə deyir: “Eynşteyn, dilini çölə doğru çıxardaraq arxasına döndü. Mən də şəkilini çəkdim”.
Eynşteyn əslində o gecə fotoşəkil çəkməkdən yorulduğu üçün trol etmək olsun deyə belə bir hərəkət edib ancaq ortaya mükəmməl bir fotoşəkil çıxmışdır. Bunun üzərinə gördüyü bu fotonu çox sevmiş və çap halında 9 ədəd sifariş edib təbrik kartlarını bəzəmək üçün istifadə etmişdir.