Dünya

Eyfel Qülləsi ətrafına şüşə divar çəkiləcək

Eyfel Qülləsi
930views

İldə 7 milyon insanın ziyarət etdiyi Fransanın rəmzlərindən Eyfel Qülləsinin ətrafı, terror hücumlarının qarşısını almaq məqsədilə güllə keçirməyən şüşə divarlarla qurulacaq.

Fransanın dünya miqyasında tanınan simvollarının başında gələn paytaxt Parisdə, Eyfel Qülləsinin ətrafı güllə keçirməyən şüşə divarla əhatə olunacaq. Terrorla mübarizə çərçivəsində alınan qərarla, ildə 7 milyon turistin ziyarət etdiyi qüllə və içində olduğu bağça, mümkün hücumlara qarşı qorunacaq.

Eyfel Qülləsi Əməliyyat Şirkəti tərəfindən edilən açıqlamada, 2016 Avropa Futbol Çempionatı (AVRO 2016) zamanı müvəqqəti olaraq yerləşdirilən çəpərlərin qalıcı hala gətirilməsi qərarı alındığı bildirilib. Şirkətin İdarə Heyətinin Sədri Bernard Gaudillere, Fransız Le Parisien qəzetinə verdiyi açıqlamada, “Eyfel Qülləsi və içində yerləşdiyi bağın güllə keçirtməz bir divar ilə əhatə olunacağını” deyib. Payızdan etibarən fəaliyyətə keçəcək divarın 2.5 metr hündürlüyündə və güllə keçirtməz xüsusiyyətə malik olacağı bildirilən açıqlamada, terror hücumlarına qarşı bu cür həyata keçirilməyə gedildiyi və qüllə girişinin tək bir nöqtədən təmin ediləcəyi vurğulanıb.
20 milyon avroya başa gələcəyi bildirilən divarın Eyfel Qülləsi və ətrafında mühüm dəyişikliklərə gətirib çıxaracağı, qüllənin avtomobil yolunda da yeni tədbirlərin ediləcəyi qeyd olunub. Paris Bələdiyyəsi, qülləni əhatə edən parklara və içəriyə girişlərin indi olduğu kimi pulsuz olacağını açıqlayarkən, giriş və təhlükəsizlik nəzarəti tətbiqinin turistlərin gözləmə müddətlərini bir neçə dəfə artıracağını da vurğulayıblar.