Dünya

Evdə tək buraxılan 13 pişik bir birini yeyib (Video)

266views

Avstraliyada 14 pişiyi evində yanlız buraxan bir qadın heyvanları istismar etməkdə günahlandırılır.

Avstraliyanın cənubu, Adelaide şəhərində bir qadın 14 pişiyi evdə baxımsız qoyaraq bir müddət oraya gəlməyib. Nəticədə isə pişiklərdən biri vaxt ötdükçə açlıqdan ölən digər pişikləri yeyərək həyatda qalmağı bacarıb.

”Royal Society for Prevention of Cruelty to Animals” (RSPCA) adlı heyvanları qoruyan bir cəmiyyət, sözü gedən evə ilk baş çəkdiklərində təsirli bir mənzərə ilə qarşılaşıb. Heyvanlara qarşı həssas olan bu insanların evdə ölən pişiklərin sümüklərini görməkləri onları sarsıdıb. Ağır vəziyyətdə olan tək pişiyi isə xilas etmək mümkün olub.

yaaz.az foto ac qalan pishikler

Hadisənin iştirakçılarından Andrea Lewis, “İnsanlar qətiyyən heyvanları tək buraxmamalıdır. Heyvanlara qarşı diqqətli olmaq və onları qorumaq hər birimiz üçün vacib qanunlardan biri olmalıdır” deyə bildirib.

Xilas edilən Trooper adlı pişiyin isə artıq yeni bir ailə tərəfindən götürüldüyü və əvvəlki vəziyyətinə döndüyü bildirilir.

https://www.youtube.com/watch?v=WC5QlFeyTV4