EurovisionMusiqiTV

Eurovision 2017 təmsilçimiz Dihaj’dan yeni ‘Eşqini Aşağı Sal’ klipi | Video

1.18Kviews

Eurovision 2017-ci il təmsilçimiz Dihaj yeni klipini təqdim edib.

Bildiyimiz kimi, önümüzdəki il Ukraynada, Kiyev şəhərində 62-ci Eurovision Mahnı Yarışları keçiriləcək. Ölkəmizi bu yarışda təmsil edəcək ad isə, Dihaj’dır. İfaçı ölkə miqyasında geniş miqyasda tanınmasa da, istər ölkə adına, istərsə də fərdi uğurları ilə seçilməkdədir. Eurovision öncəsi Dihaj son olaraq yeni klipini təqdim edib. Mahnı ‘Eşqini Aşağı Sal’ adlanır. Musiqinin sözləri tanınmış reper Urana-a, musiqisi isə Dihaj-a məxsusdur. Klipdə aktyorlar Nigar Səmədzadə və Tamerlan Xəlilov yer alıb, bədii rəhbərliyi isə Sitarə İbrahimova edib.

Mahnı haqqında deyilir: “Bu mahnı məhəbbətlə bağlıdır. Hamımız bir çox cəhətdən sevirik və çoxu halda fərqli şeylərdən ibarət olan sabit şeyləri qəbul edirik. Əsas vəzifə sizin üçün doğru qalmaq və önyarğıdan imtina etməkdir.”