Eurovision

Eurovision 2017 təmsilçimiz Diana Hacıyeva kimdir?

589views

Eurovision 2017 təmsilçimiz Diana Hacıyeva kimdir?

Diana Hacıyeva 1989-cu ildə Bakı şəhərində anadan olub. Uşaqlıqdan musiqi ilə məşğul olub. Fortepiano dərsləri alıb və caz musiqisi ilə maraqlanıb. ‘Bəri bax’ musiqi kollektivində çalışıb. 2006-cı ildə Bakı şəhərində 16 saylı orta məktəbi bitirib. Bundan sonra Bakı Musiqi Akademiyasına daxil olub, “Xor dirijorluğu” peşəsinə yiyələnib. Bu illər ərzində caz ilə professional şəkildə məşğul olmağa başlayıb.

12615478_10207250360392765_2205004588597427721_o

2010-cu ildə Diana Hacıyeva 2011 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək üçün milli seçimlərə qatılıb. Təsnifatı keçən Diana 77 iştirakçının yer aldığı yarımfinallarda 6-cı yarimfinalda yer alıb. 20-24 dekabr arasında çıxış edən Diana Hacıyeva sonda 7 xal toplayıb və qrupda 4-üncü yeri tutmuşdu.

2011-ci ildə Diana Hacıyevanın Find Yourself adlı debüt klipi çəkilib.

Hazırda DiHaj kollektivinin solistidir.

Diana Hacıyeva 2009-cu ildə ailə həyatı qurub, evlidir.