MaraqlıTV

Erotik TV kanalına gələn zənglər şəhərin kütləvi etirazına səbəb olub

Eroyik Tv kanalina gelen sehv zengler
133views

Erotik televiziya kanalı Babestation’a zəng vurmaq istəyən insanların səhvən İrlandiyanın Westport şəhərindəki evlərə düşməsi ciddi narahatlığa səbəb olub. Gecə ikən gələn telefon zəngləri şəhər sakinlərinin kütləvi etirazına səbəb olub.

Yaranan problemin səbəbi isə, Televiziya kanalına zəng vurmaq istəyən İrlandiyalıların qeyd olunan nömrə önünə beynəlxalq kodu əlavə etməməsidir. Hansı ki, İrlandiyalılar İngiltərəyə aid nömrələri yığarkən önünə +44 kodunu əlavə etməlidirlər.

Regional İnkişaf naziri Michael Ring, sakit və turistik bir şəhər olan Westport’da yaşayan insanların vəziyyətindən narahat olduqlarını bildirib. Nazir insanları nömrələrini dəyişdirməməyə çağırıb.

Yaranan problemlə bağlı polis, edə biləcəkləri hər şeyi etdiklərini və güclərinin məhdud olduğunu bildirib.

İrlandiya Yayım Rəhbərliyi idarəçiləri isə, mövzuyla əlaqədar Babestation kanalının nümayəndələri ilə danışdıqlarını açıqlayıb.