Rio 2016

Elmar Qasımov gümüş medal qazandı

223views

Olimpiyadanın 6cı günündə cüdo üzrə kişilərin 100 kq çəki dərəcəsində təmsilçimiz Elmar Qasımov mübarizə aparırdı.Ardıcıl olaraq Tagir Khaibulaev(Rusiya),Lyes Bouyacoub(Əlcəzair),Ramadan Darwish(Misir) və Artem Bloshenkonu(Ukrayna) məğlub edən Elmar finalda Çexiyalı Lukas Krpalek ilə mübarizə aparıb. Elmar bu görüşdə əks fəndə düşərək rəqibinə ippon ilə məğlub olub.Qasımov ölkəmizə 2ci gümüş medalı qazandırdı.Bu münasibətlə cüdoçumuzu təbrik edirik.

Çexiyalı Krpalek 2014-cü il Çelyabinskdə keçirilən dünya çempionatının qızıl mükafatçısı, həmçinin Bakı 2015 Avropa oyunlarının gümüş mükafatçısıdır. Elmar Qasımov isə 2009cu ildə İrəvanda keçirilən gənclərin avropa çempionatında himnimizi səsləndirib.

Elnur Cəfərov
idman xəbərləri yazarı