Dünya

Elm dünyası yenidən qarışdı, ‘Böyük Ayaq’ bu dəfə Çində ortaya çıxıb

217views

Çinin cənub-qərb bölgəsindəki Guizhou’da, normaldan böyük bir insan ayağına aid fosilləşmiş iz tapılıb.

İz, ‘Böyük Ayaq’ın geri döndüyü şərhlərinə səbəb olub. Bir qrup fotoqraf, 24 Avqustda Pingyan qəsəbəsi yaxınlarında ‘nəhəng’ bir ayaq izi kəşf ediblər. Ayaq izinin 57 santimetr uzunluğunda, 20 santimetr genişliyində və 3 santimetr dərinliyində olduğu ifadə edilib. Bənzər kəşflər daha əvvəl də dəfələrlə edilmişdi. 1912-ci ildə Stoffel Coetzee adlı bir ovçunun Cənubi Afrikanın Mpuluzi şəhərində olarkən tapdığı nəhəng ayaq izi, elm insanlarını o zamanda düşünməyə vadar etmişdi.