SağlamlıqSerial

Elm adamlarının araşdırması: Zombi epidemiyası həqiqət ola bilərmi?

470views

Tədqiqatçılar Walking Dead serialında yayılan virusu linza altına alıblar və ehtimal olunan bir zombi hücumunu nəzərdən keçiriblər.

The Walking Dead serialını yəqin ki, hər kəs bilir. Serialda insanları zombiyə çevirən bir virusdan bəhs edilir. Argonne Milli Laboratoriyası’nda tədqiqatlar aparan elm adamları serialda bəhs edilən bu virusu linza altına alıblar və nə qədər sürətli yayıldığını araşdırıblar.

Elm adamlarının əsas məqsədi ebola və digər virusların yayılma sürətini qabaqcadan görməkdir. Bir az da əylənmək istəyən tədqiqatçılar zombi epidemiyasının Çikaqo şəhərini necə və nə qədər sürətli bir şəkildə fəth etdiyini canlandıran bir simulyasiya hazırlayıblar. Simulyasiyada 60 gün ərzində 2 milyon insan zombiyə çevrilib. Bu sayədə gerçək xəstəliklərin simulyasiyalarını test etdikdə, səhvləri və müxtəlif amilləri görmək üçün eyni testi dəfələrlə təkrar edirlər.
Qrupun başçısı Chick Macal məsələ ilə bağlı; Belə bir hücum olsa belə onu dayandırmaq üçün bir neçə karantin üsulunun olduğunu və simulyasiyadakı kimi milyonlarla insanın zombiyə çevrilməyəcəyini bildirib.