Kosmos

Elm adamlarından ovsunlayıcı iş: Qalaktikamızın hidrogen xəritəsinin görüntüləri

260views

Elm insanları, içində olduğumuz Samanyolu Qalaktikasının hidrogen sıxlığını göstərən xəritəni nəşr ediblər və bənzərsiz görüntülər ortaya çıxıb.

Dünya üzərindəki ən güclü iki teleskopu istifadə edərək Samanyolu Qalaktikasının ən ətraflı xəritələrindən birini meydana gətirməyi bacaran elm insanları üçün bu iş yeni bir dünyagörüşü təqdim edəcək.

Xəritənin yaradılması üçün Avstraliyadakı Parkes Rəsədxanası ilə Almaniyadakı Effelsberg Radio Teleskopu istifadə edilib. Elm insanları, hidrogen xəritəsinin Samanyolu və digər qalaktika araşdırmalarında əhəmiyyətli bir məlumat qaynağı olacağını ifadə edirlər.

İçində 400 milyard qədər ulduz olan Samanyolunun diametri 180 min işıq ilini aşır. (1 işıq ili = təxminən 10 trilyon kilometr). Dünyamız və günəşimiz, Samanyolunun mərkəzindəki böyük qara deşikdən təxminən 27 min işıq ili uzaqda yerləşirlər.

https://www.youtube.com/watch?v=U5QxWEx_5dw