Maraqlı

Elm adamları Maya mədəniyyətinin sirrini tapmağa yaxınlaşdılar

199views

Qvatemaladakı antik Seibal şəhərində aparılan qazıntılar, Maya mədəniyyətini məhv edən səbəblər arasında sərt iqlim dəyişiklikləri ilə yanaşı, şəhər və dövlətlər arasında baş verən müharibələrin olduğuna dair ipucu tapıblar.

PNAS jurnalında dərc olunan xəbərə görə, Arizona Universitetindən Takeşi Inomata, Maya mədəniyyətinin bir anda yox, dalğalar şəklində yox olduğunu bildirərək, “Bu dalğalar əvvəl balaca idi və müharibələr ilə siyasi qeyri-sabitliyə bağlı idi, sonra böyük Maya yaşayışlarının tərk edilməsinə yol açan ümumi tənəzzül baş verib. Bu məskunlaşmalardan sonra yeni insanlarla dolub yenidən yox olurdular” deyib.

Bu günə qədər Maya mədəniyyətinin quraqlıq üzündən yox olduğu hesab edilirdi. Inomata və həmkarları, Maya mədəniyyətinin ən böyük şəhərlərindən biri olan və 10 ildir qazıntıların aparıldığı Seibalda toplanan məlumatları araşdıraraq yeni bir mümkün səbəbi daha tapıblar.

Elm insanlarının oxuduqlarına görə Seibaldakı qazıntılar, Maya Mədəniyyətinin bir deyil iki çöküş yaşadığını göstərir. Çöküşlərdən biri, mədəniyyət tam məhv olmadan 600-700 il əvvəl baş verib. Arxeoloqlar iki ‘qiyaməti’ müqayisə edərək səbəblərinin eyni olub-olmadığını anlamağa çalışıblar.

Elm insanları cavab tapmaq üçün, bu iki hadisə öncəsi Seibal əhalisinin zamanla necə dəyişdiyini, müxtəlif dövrlərdəki yaşayış sayını hesablayaraq simulyasiya etməyə çalışıblar. Bunun üçün tarixləri bir neçə il səhvlə tapmaq imkanı verən yeni radiokarbon texnikalardan istifadə edilib.

Müxtəlif nöqtələrdə aparılan 154 hesablama nəticəsində şəhərin, tarixçilərin bu günə qədər bildiyindən fərqli şəkildə mədəniyyət mərkəzi olmaqdan çıxdığı ortaya çıxıb. Seibal və digər Maya şəhərlərinin, iqlim nəzəriyyələrinin tərəfdarlarının fikirləşdiyi kimi yavaş-yavaş və ya birdən deyil, mərhələli olaraq yox olduğu müəyyən edilib.

Radiokarbon təhlilə görə, Seibalin ilk yox olmasından təxminən 130 il əvvəl şəhər siyasi qeyri-sabitlik dövrünə girib. Bu dövrdə bir sıra müharibə, təcavüz və əhali sayındakı qəfil azalmalar müşayiət edib.

Daha gənc təbəqələrdə aparılan qazıntılar, uzun bir müddət hər bir geriləmə dövrünü qısa bir canlanma dövrünün təqib etdiyi lakin miladdan sonra təxminən 300-cü ildə Seibalın tamamilə tərk edildiyini göstərir. Maraqlı olan odur ki, 600-cü illərin sonlarında şəhər yenidən insanlarla dolub.

Aguateka və Dos-Pilas şəhərlərində isə müharibədən sonra 735-də geriləmə dövrü başlayıb. Bu iki şəhər 50 il sonra Tikal tərəfindən məğlub edildikdən sonra Seibal yenidən dirçəlməyə başlayıb. Şəhər, 889-cu ildə başlayan müharibələr nəticəsində 930-da tamamilə yox olub.

Elm insanlarına görə, bütün bu tərəqqi və tənəzzül dövrləri başda siyasətlə bağlı idi. Amma bütün bu siyasi hadisələrin əsasında, Maya hökmdarlarını su və əkinçilik üçün əlverişli ərazi axtarışı içində yaşayış sahəsini genişləndirməyə məcbur edən quraqlığın yaratdığı ehtimalı da var.