MaraqlıSağlamlıq

Dünyaya insanlıq dərsi keçən qadın | Onu kəşf edin – VİDEO

Helena Ndume, onu kəşf edin
157views

Müstəsna olaraq-National Geographic tərəfindən hazırlanmış bu qısa filmdə, vətənində insanların həyatını dəyişdirən bir qadından bəhs olunur.
Cənubi Afrikada, Namibiyada “Doktor Möcüzə” ləqəbini qazanmış oftalmoloq-alim Helena, dünyaya və insanlığa əsl nümunəvi bir həyat yaşayır. Beləki, həkim Helena günümüzə dək müxtəlif yerlərdə təşkil etdiyi düşərgələrdə, düz 35.000 insanın gözünü təmənnasız əməliyyat edərək  nur bəxş edib.


National Geographic’lə həmsöhbət olan həkim Helena Ndume,-“Mən bu göz düşərgəsini ilk təşkil etdiyimdə məlum xəstəlikdən əziyyət çəkən 82 nəfər buraya müraciət etdi. Bu işdən çox pul qazanmaq məqsədi, minlərlə gözü nursuz insan var ikən mənim üçün mümkünsüzdür. Heç bir pul vaxti ikən kor olmuş adamın ilk səni görməsi xöşbəxtliyinə tay ola bilməz, bu qiymətsiz bir hissdir.. Bir-bir bu insanların həyat hekayələrini danışsam ömür yetməz. Biz hər zaman kömək etməliyik, çünki nə vaxtsa bizə də ediblər və ya edəcəklər, bu həyat belədir çünki” deyə söyləyib.


Helena Ndume Oshikoto vilayətində anadan olub. Almaniyada, Leypsiq Universitetində oftalmologiya ixtisası üzrə ixtisaslaşıb. O, hazırda Namibiyanın ən iri xəstəxanası Vindxuk Mərkəzi Xəstəxanasın da, Oftalmologiya şöbəsinin rəhbəridir və Namibiya da mövcüd altı oftalmoloqdan biridir.
Ailəlidir, bir oğlu var.
2015ci ildə insanlığa göstərdiyi qayğı və məramına görə Birləşmiş Millətlər Təşkilatı tərəfindən Nelson Mandela mükafatı adına laiq görülmüşdür.

Bu möcüzəvi İNSANI siz də kəşf edin: