Dəb & TərzMaraqlı

Dünyanın yeni gözəli | “Miss Universe” məlum olub

Dwnyanin en gozel qizi 2017
809views

Son 64 il ərzində ilk dəfə olaraq “Miss Universe” müsabiqəsinin qalibi Fransalı xanım olub.

Fransanın Lill şəhərindən olan 24 yaşlı tələbə Iris Mittenaere Filippinin paytaxtı Manilada keçirilən nüfüzlu dünya gözəllik yarışmasının qalibi olub.

85 xanım arasında birinci olan İris diş həkimi olmağa hazırlaşır.

“Mən şokdayam. Başımdakı taca toxunuram və buna inanmağım gəlmir. İlahi, mən qalibəm”-deyə yeni “Miss Universe” qalibi hisslərini bölüşüb.

yaaz.az

Iris Mittenaere yeni rolunda uşaqların təhsilini və ağız boşluğunun təmizliyinin vacibliyini təbliğ etmək niyyətindədir.

Müsabiqənin finalına qalan 6 nəfər iştirakçıya həssas mövzularda suallar verilıb.

İrisdən “qaçqınlarla bağlı qlobal vəziyyət barədə” düşüncələrini soruşublar.

yaaz.az photo

“Fransada biz böyük qloballaşma tərəfdarıyıq. Bizə yeni insan axını lazımdır. Bunun nə vaxtsa dəyişəcəyi mümkündür, amma hazırda bizim sərhədlər açıqdır “- deyə 24 yaşlı yeni “Miss Universe” gözəli bildirib.

Iris Mittenaere tacı 2015-ci ilin fillippinli qalibi Pia Wurtzbachdan təhvil alıb. İkinci yeri 25 yaşlı Haiti gözəli Rakel Pelize, 3 yeri isə Kolumbiyadan olan 23 yaşlı Andrea Tovar tutub.

yaaz.az photo