Dünya

Dünyanın ilk baş nəqli həyata keçiriləcək

188views

Valeri Spiridonov dünyada ilk dəfə baş nəqli ediləcək insan olacaq.

Bu böyük əməliyyatı isə İtaliyalı cərrah Sergio Canvero həyata keçirəcək.

Əməliiyatın ən az 100 nəfərlik bir komanda ilə Çin və ya ABŞ-da keçirilməsi və bir gün içərisində tamamlanmsı planlaşdırılır.

Gələn il  bu əməliyyatın həyata keçirıilməsi gözlənilir.

ameliyat0nsmdba08kymz37sltbmrq

Bəs yaxşı Baş Nəqli əməliyyatı necə olacaq?

İlk olaraq yeni ölən bir insanın bədəni və nəql ediləcək insanın başı, beyin hüceyrələrinin ölməməsi üçün dondurulacaq. Daha sonra bədən və baş uyğun ölçüdə kəsiləcək. Ardından bədənin onurğa iliyi diqqətli şəkildə başa birləşdiriləcək.

Daha sonra polietilen qlikol maddəsindən istifadə edilərək onurğa iliyin baş ilə tam birləşməsi həyata keçiriləcək.

Son olaraq isə bütün damarlar və sinirlər bədənə birləşdiriləcək.

Daha sonra xəstə bir neçə həftə komada saxlanılacaq. Bu müddətdə onurğa bədəndə tamamı ilə birləşəcək.

ilk-kafa-nakli-icin-tarih-verdisn4wgeg2jumll3exu2bl6q
Valeri Spiridonov

İrsi əzələ xəstəliyi səbəbindən əlil arabasına məhkum olan Rusiyalı Valeri Spiridonov riskli də olsa bu əməliyyatı keçirtmək istəyir.

Valeri “Öz həyat tərzimi yaxşılaşdırmaq istəyirəm. Artıq özümü kənar bir güc almadan idarə etmək istəyirəm” deyə ifadəsində bildirib.

kafa-nakli-icin-tarih-verdion1otigfzuoj12cmfuaixq
Dr. Sergio Canavero

Əməliyyatın rəhbəri cərrah Sergio Canavero, nəqlin 90 % uğurlu olacağını iddia edir.

Ancaq elm dünyası başqa fikirdədir. Bu tətbiqin utopiya olduğu söylənilir.