DünyaKosmos

Dünyanın fırlanma sürəti yavaşlayır: 1 gün 24 saatdan çox olacaq

309views

Buzlaqların əriməsi və yaranan qabarmalar Dünyanın fırlanma sürətini azaldır.

Qabarmalar və buzlaqlar üzərində araşdırmalarını davam etdirən elm adamları, dünyanın fırlanma sürətinin hər əsrdə bir saniyənin 1800-də biri nisbətində yavaşladığını, 200 milyon il sonra isə bir günün 25 saat olacağını açıqlayıblar.
İngiltərədəki Durham Universitetinə bağlı qrupun araşdırmalara görə; günlər hər əsr təxminən 2 millisaniyə, hər 6,7 milyon il içində də 2 dəqiqə uzanır. Elm adamları, 720-2015-ci illəri arasındakı Babillilərin mismar yazısı ilə işlədikləri gil həblərdən antik Yunan arxivlərinə, Çin almanaxlarından orta çağ Avropa və Ərəb kitabələrinə qədər bir çox tarixi qaynağı və əhəmiyyətli göy hadisələrini araşdırıblar.
Bütün bu araşdırmalara görə Dünyanı dayandıran ən əhəmiyyətli faktor Ayın cazibə qüvvəsi təsiriylə okeanlarda qabarmalarının yaşanmasıdır. Ayrıca buzlaqların əriməsi səbəbiylə Dünyanın şəklinin də dəyişməsi faktorlar arasında əhəmiyyətli bir mövqedə iştirak edir. Ancaq qısa müddətdə qeyri-adi bir dəyişmələrin olmayacağı qətidir və dəqiq bir məlumatdır.

Hazırda Dünyanın öz oxu ətrafındakı fırlanma sürəti saatda 1670 km-dir.