Futbol

Dünyanın ən varlı məşqçilərinin yeni siyahısı açıqlandı

750views

Böyük Britaniya’nın “The Telegraph” qəzeti dünyanın ən yüksək maaşlı məşqçilərinin növbəti reytinq siyahısını tərtib edib.

Siyahının ilk pilləsində dəyişiklik olub. Bu dəfə birinci pillədə yeni mövsümdən “Manchester City”ə rəhbərlik edən Pep Guardiola yer alıb. Onun illik gəliri 15.3 milyon funt sterlinq (təqribən 20 milyon dollar) təşkil edir.

Karlo Anchelotti (“Bavariya”, 12.6 milyon funt sterlinq) ikinci, Joze Mourinho (“Manchester United”, 12.3 milyon avro) üçüncüdür.

Ən yüksək maaş alan 10 məşqçidən 6-ı İngiltərə, 3-ü İspaniya, 1-i isə Almaniya klubunun məşqçisidir.

Dünyanın ən yüksək maaş alan məşqçiləri aşağıda adları qeyd olunanlardır:

1. Josep Guardiola («Mançester Siti») – 15,3 milyon funt-sterlinq

2. Karlo Anchelotti («Bavariya») – 12,6 mln.

3. Joze Mourinho («Manchester United») – 12,3 mln.

4. Arsene Wenger («Arsenal») – 8,9 mln.

5. Luis Enrique («Barcelona») – 7,2 mln

6. Jurgen Klopp («Liverpool») –  7 mln.

7. Antonio Conte («Chelsea») –  6,6 mln.

8. Ronald Kouman («Everton») – 6 mln.

9. Dieqo Simeone («Atletiko») – 5,1 mln.

10. Zinedine Zidane («Real») – 4,6 mln.

Elnur Cəfərov
idman xəbərləri yazarı