Sənət

“Dünyanın ən qaranlıq və təhlükəli yerində uşaqları güldürməyə çalışırdı”

854views

Suriya ordusunun Hələb şəhərinə olan hava hücumları nəticəsində, uşaqlara psixoloji dəstək üçün könüllü olaraq klounluq edən Anas əl-Basha adlı 24 yaşındakı gənc də həyatını itirib.

“Hələbin Klounu” olaraq tanınan Basha, “Ümid Yeri” adlı qeyri-hökumət təşkilatının rəhbəri idi.

The children of the city of Aleppo yaaz.az

Suriya ordusu, Hələb şəhərini tamamilə geri almaq üçün böyük bir hərəkat başlatmışdı. Düşmən nəzarətində olan və Suriya ordusunun əhatəsinə nəzarət etdiyi müəyyən ərazilərdə 100 min’i uşaq, təxminən 250 min sivil insanın yaşadığı bildirlir.

Bu bölgələrə olan hava hücumları nəticəsində xəstələrə xidmət edəcək heç bir xəstəxananın qalmadığı və qida ehtiyatlarının tükəndiyi bildirilir.

Amerikan Associated Press xəbər agentliyi, Basha’nın keçən həftə Çərşənbə axşamı günü Masshad məhəlləsini hədəf alan hücumda həyatını itirdiyini yazıb.

UŞAQLARI XOŞBƏXT ETMƏYƏ ÇALIŞIRDI

Basha’nın qardaşı olduğunu söyləyən Mahmud əl-Basha, Facebookda, “Dünyanın ən qaranlıq, ən təhlükəli yerində uşaqları güldürməyə və xoşbəxt etməyə çalışırdı. Anas, vətəndaşlara kömək etmək və küçələrdə uşaqlara hədiyyələr vermək üçün Hələb şəhərini tərk etməyi rədd etdi və könüllü olaraq öz işinin icrasını seçdi” deyə yazıb.

Anas əl-Bash’nın ailəsi, Suriya ordusunun İyulda şərqi Hələbi geri almaq üçün başlatdığı hərəkatdan əvvəl şəhəri tərk etmişdi.

Anas əl-Basha yaaz.az photo