Maraqlı

Dünyanın ən yaşlı qadını 117 yaşını qeyd edib

131views

Dünyanın ən yaşlı qadını Emma Morano İtalyanın şimalındakı evində 117-ci doğum gününü qeyd edib.

Verbania qəsəbəsində yaşayan Morano’nu doğum günündə dostları, qonşuları və həkimi tək qoymayıblar.

Emma Morano, şamlarla üzərinə 117 rəqəmi yazılan doğum günü tortunu üfürüb.

yaaz.az dunyanin en yashli insani

Emma Morano, “117-ci yaş günümü qeyd etdiyim üçün xoşbəxtəm” deyə söyləyib.

1899-ci ildə doğulan İtalyalı qadın dünyanın ən yaşlı insanı ünvanına sahibdir. 3 fərqli əsrdə yaşayan Emma Morano, iki Dünya müharibəsi və 90’dan çox İtalyan hökuməti görüb.

yaaz.az dunyanin en yashli insani