Dünya

Dünyanın ən qədim həyat izləri Kanadada tapıldı

Kanada
369views

Dünyanın ən qədim həyat izlərinin, Kanadanın Quebec əyalətinin şimalında aparılan elmi tədqiqatda tapıldığı açıqlanıb.

Beynəlxalq bir elm nümayəndə heyəti Şimali Quebecin Nuvvuagittuq Greenstone Belt qayalıqlarında apardıqları elmi araşdırmalarda 3.8 milyard illik dəmir cövhəri nümunələrində daşlaşmış bakteriyaların izlərini aşkar edib.

Komandada yer alan Dr. Conatan O’Neill, məsələyə dair açıqlamasında, Nuvvuagittuq Greenstone Belt qayalıqlarında yerləşən skeletlərin ən qədim həyat izinə sahib olduğunu bildirib.
Daşlaşmış bakteriyaların 3.8 milyard ilə 4.3 milyard il yaşa malik olduğu istiqamətində araşdırma apardıqlarını bildirən O’Neill, “3.8 milyard il yaşı olduğu qətidir. Bu halda qalsa belə məlum olan ən qədim həyat izindən 100 milyon il daha geriyə getmiş oluruq” ifadələrini bildirib.

Müxtəlif planetlərdən alınan qaya nümunələrinin yaşının müəyyən edilməsində istifadə edilən üsulla aparılan araşdırmada, dəmir cövhəri məsələlərindəki daşlaşmış bakteriyaların yaşının 4.3 milyard il olaraq çıxdığı məlumatını paylaşan O’Neill, Günəş Sistemi təxminən 4.6 milyard il əvvəl formalaşdığını və daha əvvəlki araşdırmalarda da ən çox 3.7 milyard ilə qədər həyat izləri olduğunu xatırladıb.

Nuvvuagittuq Greenstone Belt qayalarındakı skeletlərin milyardlarla il əvvəl yarandığını və planeti örtən suda həll olunmuş dəmirlə reaksiyaya girən orqanizmlərə aid olduğunu bildirən alim, bunların qaya içində qırmızı və ağ qatlar halında görüldüyünü ifadə edib.

The Nature adlı elm jurnalının son sayında nümayiş olunan araşdırmanın yazıçılarından da olan Conatan O’Neill, qazıntı halında tapılan qalıqların dünyan ilə yanaşı, digər planetlərlə bağlı məlumatları da verə biləcəyinə toxunub.

Araşdırma, İngilis, Amerika, Norveç, Avstraliya və Kanada universitetlərindən 8 elm adamı tərəfindən aparılır.