MaraqlıTəbiət

Dünyanın ən kiçik quşu Kalibri haqqında

2.34Kviews

Kolibri və ya milçək quşu.

Trochilidae, kiçik quş növlərinə verilən ümumi addır. Havadan asılı qalıb qanadlarını çox sürətli çalaraq dayanmaları ilə tanınırlar. Növünə bağlı olaraq saniyədə 15-80 dəfə qanad çala bilirlər.
Havadan asılı qalmaları ilə yanaşı, geriyə doğru və şaquli olaraq uça və çiçəklərin nektarını incə dimdikləri ilə əmərkən sabit mövqedə qala bilirlər.
Kolibrilər, başda qırmızı çiçəklər olmaq üzrə bir çox çiçəklərə maraq göstərirlər. Ümumiyyətlə, çiçəyin nektarı ilə qidalanırlar və xüsusilə dar ağızlı güllərin tozlarını havada dağıtmaqda mühüm rol oynayırlar. Bir çox milçək quşu xüsusilə balalarını yedirərkən onlara böcək də verirlər.

Kolibri quşu
Erkək kolibrilərin çoxu yuva qurduğu həyat yoldaşlarına yardımçı olmazlar. Çoxu kolibri növü, ağac budaqlarında qayğı ilə toxunmuş bir qab mənzərəsində yuvalar tikirlər. Bu yuvalarda iki ədəd ağ yumurta olur. Bunlar bütün quş yumurtalarının ən balacası olsalar da yetkin bir kolibri quşunun boyuna nisbətən böyük sayılırlar. Kürt dövrü 14 ilə 19 gün arasında davam edir.

Quşu yuvasında iki bala milçək quşu
Quşu yuvasında iki bala milçək quşu

Quşlar aləminin ən parıltılı tükləri və ən dəbdəbəli bəzəklərin bəziləri kolibri quşlarında görülər. Kişi kolibri quşları ümumiyyətlə parlaq rənglidir, dişi kolibri quşları isə əksəriyyətlə daha solğun rənglərə malikdirlər.

Kolibri quşu
Dimdikləri incə və uzundur, bu da dərin çiçəklərdən rahatlıqla qidalarını ala bilmələrinə köməkçi olur. Sinələri və bədənlərinin aşağısı ümumiyyətlə ağ rəngdə, qanadları, qanadlarının altları və başlarının üstü də kolibri quşu hansı rəng isə o rəngin çalarlarında olur. Bütün növlərin bədənlərinin bir və ya bir neçə yerində yaşıl rəng olar.