DünyaMaraqlı

Dünyanın ən etibarlı hava yolu şirkətləri açıqlandı

Qantas Airlines
206views

Dünyadakı yeganə uçuş hüquq-mühafizə və məhsul qiymətləndirmə saytı Airlineratings.com tərəfindən nəşr olunan “dünyanın ən etibarlı aviaşirkətləri” siyahısı açıqlanıb.

2017 üçün hazırlanan 20-lik siyahısının zirvəsində son üç ildir bu mövqeyi heç kimə verməyən Qantas Airlines yer alıb. AZAL, yeddi üzərindən yeddi ulduza malik 148 hava yolu arasına düşə bilməyib.

Airlineratings.com redaktorlarının açıqlama mətnində, il ərzində hər hansı bir yaralanma və ya ölüm hadisəsinin yaşanmadığı Qantas-ın sektordakı ən təcrübəli hava yolu şirkəti olduğu, peyk və naviqasiya texnologiyalarının uçuş və eniş zamanı fəal və səmərəli şəkildə istifadə edildiyi, təyyarə və personal çıxışını gerçək zamanlı olaraq təqib edərək problemləri ortaya çıxmadan və ya bitmədən həll etdiyi vurğulanıb.

Siyahıda Qantas-dan başqa digər 19 firma belədir: Air New Zealand, Alyaska Airlines, All Nippon Airways, British Airways, Cathay Pacific Airways, Delta Air Lines, Etihad Airways, Eva Air, Finnair, Hawaiian Airlines, Japan Airlines, KLM, Lufthansa, Scandinavian Airi System, Singapore Airlines, Swiss, United Airlines, Virgin, Atlantik və Virgin Australia.

Airlineratings.com, yuxarıdakılara əlavə olaraq, aşağı büdcəli hava yolları içində ən etibarlı olan 10 şirkəti də də sıralamış: Aer Lingus, Flybe, HK Express, Jetblue, Jetstar Australia, Jetstar Asia, Tomas Kuk, Virgin America, Vueling və Westjet.

Dünyadakı bütün hava yolu şirkətlərinin yer aldığı təhlükəsizlik qiymətləndirmə siyahısına buradan baxa bilərsiniz.