Səyahət

Dünyanın ən dəqiq insanları haradadır?

Dunyanin en deqiq insanlari Isvecre
365views

İsveçrə dünyanın ən dəqiq ölkəsidir.

Alp Dağları üzərində qurulan bu ölkədə hər kəs zamana və təmizliyə çox əhəmiyyət verir.

Bu vəziyyətə adət edə bilməyən insanlar ölkədə bəzi kompleks hisslər yaşayır. Dəqiqlik gözəl adət olsa da bəzi insanlar bunu narahatlıq kimi qəbul edir.

Dəqiqlik İsveçrəlilərin həyatının bir parçası və xoşbəxtlik qaynağıdır. Xüsusilə İtaliya və Fransa kimi zamana biganə yanaşan ölkələrdən sonra İsveçrəyə gedənlər buradakı punktuallığa fərqli reaksiyalar göstərirlər.

Əvvəl bu vəziyyət xoşunuza gələr. Bir insanla hansı saatda görüşməlisinizsə elə o saatda da gəlir, nə 5 dəqiqə əvvəl nə də 5 dəqiqə sonra. Əvvəl bu hal xoşunuza gəlsə də vaxt ötdükcə sinirinizə toxuna bilər.

İngilis yazıçı Evelyn WAUGH “Dəqiqlik insanın sıxıntısından qaynaqlanır” deyir. Halbuki İsveçrədə dəqiqlik, başqalarına qarşı ehtiram və düşüncəli davranmanın ifadəsidir.

yaaz.az Dunyanin en deqiq olkesi Isvecre

DAĞLARIN TƏSİRİ

Dünyada ən yaxşı saatları İsveçrəlilərin qurması da təsadüf deyil. Bu ölkədə qatarlardan başqa hər şey vaxtı-vaxtında işləyir.

Tualetləri də tərtəmizdir.

Bəzi ölkələrdə kran suyu içmək intihar sayılarkən burada hər kəs qürurla bu işi görür. Çünki krandan bulaq suyu axır.

Bu dəqiqlik və təmizliyin səbəbi necə açıqlana bilər? Buna tam dəqiq cavab yoxdur. Ancaq dağların təsiri olduğu düşünülür. Belə coğrafi ərazilərdə ya torpağı zamanında əkib biçər ya da il ərzində ac qalarsınız.

Bu gün dünyanın bir çox bölgəsində dəqiqlik təəssüf ki əhəmiyyətini itirir. Bunda qismən ağıllı telefonların da rolu böyükdür. Bir az gec qaldığımızda çox rahat zəng vuraraq gec qalaçağımızı bildirmə imkanına sahibik. Lakin İsveçrədə punktuallıq sahəsində geriləmə qətiyyən müşahidə olunmur.

yaaz.az Dunyanin en deqiq olkesi Isvecre

DƏQİQLİYİN MƏNFİ CƏHƏTLƏRİ

11 ildir Cenevrədə yaşayan Amerikalı yazıçı Susan Jane Gilman indiyə qədər heç bir taksinin gec qalmadığı və soyuducu çatdırılmasının vaxtında yerində olduğu kimi bir çox nümunələrdən danışır. Şəhərə gəldiyi ilk vaxtlarda həmişə gecikdiyini söyləyən yazıçı, dəqiqliyi öyrəndiyini və  bu şəkildə “hər kəsin zamanına hörmət göstərdiyini” bildirir.

Lakin bunun da mənfi cəhətləri var: Yazıçı doğulduğu şəhərə, New York’a hər gedişində oradakı qeyri punktuallığa tab gətirə bilmədiyini söyləyir.

Digər tərəfdən İsveçrədə hər kəs dəqiq olduğu üçün bütün kafelər eyni anda, günortadan sonra 4’də dolub daşır. Çünki hər kəs məhz bu saatda qəhvə fasiləsinə çıxır.

Bundan əlavə mənzildəki paltar yuma mərkəzindən istifadə etmək üçün sizə ayrılan günü və saatı gözləməlisiniz.

Dəqiqlik qarşıdakı insandan da eyni davranış xüsusiyyətini gözlədiyi üçün, əks hallar baş verdikdə küsmələrə və hirsə səbəb olur.