Dünya

Dünyamızda 60 illik hava dövriyyəsi dəyişib

297views

Elm insanları artıq hava dövriyyəsinin köhnəsi kimi olmadığını təsbit ediblər.

Mavi kürəmizdə nələr olur?

Elm insanları və araşdırmaçılar, tropik stratosferdə yaranan külək axınını uzun zamandır izləyirlər. Bu nizam heç çaşmadan iki ildə bir yenilənirdi, son müşahidələrə görə isə istiqaməti dəyişib.
Daha aydın şəkildə desək, stratosferdə hər 28 ayda meydana gələn külək dövranı var. Qərbdən gələn üst qisimdəki küləklər yavaş-yavaş aşağıya doğru enərkən, şərq küləkləri ilə yer dəyişdirir. Ən azından son 60 ildir bu vəziyyət həmişə belə davam edirdi. Amma keçən ilin sonunda qərb küləkləri olduğu vəziyyət yerinə, yuxarı doğru geri yüksəlib. Bu da dövriyyənin fərqliləşdiyi mənasını verir.
NASA Goddard’dan araşdırmaçılar dəyişikliklərlə əlaqədar hesabatları açıq onlayn kitabxanada nəşr ediblər. Hələ bu dəyişmənin hava üzərində görünən hər hansı bir təsiri olmamış vəziyyətdədir. Bu dəyişmə elm insanlarını olduqca çaşdırmış vəziyyətdədir. NASA Goddard’da vəzifəli araşdırmaçı Paul Newman, El Nino və ya bənzəri başqa bir hadisənin yan təsirindən və ya yeni isti iqlimin təsirindən ötəri, hava axını istiqamətinin dəyişdiyini düşünür.