Mobil

Dünyada Leica ön kameraya malik ilk telefon: Huawei P10

Huawei P10
304views

Huawei yeni admiral gəmisində bir ilkə imza atdı.

Bu gün tanıdılan Huawei P10da 12mp rəngli + 20mp monochrome Leica f/2.0 kamera sistemi var. Bununla yanaşı 8mp-lik ön kamerası da Leica-dır.

Şirkət P10-u “Dünyada Leica ön kameraya malik ilk telefon” kimi təqdim edir. P10un ön kamerası, 3 ölçülü üz qavrama, avtofokus, studiya işıq effektləri, gözəlləşdirmək, Leica stilində bokeh, qrup selfieleri üçün geniş aspektli çəkiliş qabiliyyətlərinə malikdir.

https://www.youtube.com/watch?v=ZftiNmT-fi4

Ernst Leitz tərəfindən yaradılan Leica əslində mikroskop və optik cihaz istehsalçısı olaraq dünyaya gəlmişdi. İlk kamera modeli isə 1914-cü ildə Oskar Barnack tərəfindən inkişaf etdirilib və cığır açan 35 mm-lik əl istehsalı maşınlar 30-cu illərdən etibarən şəkilin üst təbəqəsinin əli, ayağı və gözünün davamı olmuşdu. Çünki artıq geniş formatlı kameralara, tripodlara ehtiyac qalmamışdı.

Bu günün foto ustalarına görə Leica hələ də növünün ən yaxşı nümunəsidir. O dövrə görə kiçik, yüngül, səssiz və qabiliyyətsiz olduğu üçün müharibənin o dəhşət reallığını də ən yaxşı Leicalar əks etdirmişdi.