İqtisadiyyat

Dünyada ilk: Elektrik istehsal edən yol xidmətə başlayıb

12views

Fransa, tam olaraq 5 milyon avroya başa gələn 1 km uzunluğundakı elektrik istehsal edən yol layihəsini həyata keçirdilər.

Külək turbinləri və günəş panelləri ilə elektrik hasilatı gündən-günə genişlənir. Son olaraq Fransa, dünyada bir ilki reallaşdıraraq Normandiya regionunda elektrik istehsal edən ilk yol layihəsini həyata keçirdilər. Alternativ mənbələrdən enerji hasil etmək üçün çalışmalarını sürətləndirən Fransa, fotoqalvanik bloklardan hasil etdiyi və bu an üçün yalnız sınaq məqsədli təşkil etdiyi yolu istifadəyə verib.
fransa-elektrikli-yol1
Fransa Ekologiya və Təbii Sərvətlər Naziri Segolene Royal tərəfindən açılan 1 km-lik yolun sonrakı prosesdə elektrik istehsalı üçün böyük əhəmiyyət kəsb etdiyi və nümunə təşkil etdiyi ifadə edilib.