Futbol

Dünya çempionatında komandaların sayı arta bilər

208views

FIFA prezidenti Canni İnfantino futbol üzrə dünya çempionatında iştirak edən komandaların sayını 48-ə qədər arta biləcəyini söyləyib:

“İdeya ondan ibarətdir ki, 16 komanda səpənlənmiş komandalar kimi orada iştirak edəcəklər. 32 komanda isə qalan 16 yer uğrunda mübarizə aparacaq. Əslində, final mərhələsində 32 komanda iştirak edəcək, amma bu həyəcanı 48 komanda yaşayacaq. Bu barədə FIFA müzakirələr davam edir. Yekun qərarı 2017-ci ildə qəbul edəcəyik.”

Elnur Cəfərov
idman xəbərləri yazarı