DizaynDünya

Dubayda Burj Khalifa-nın rekordunu qıracaq yeni göydələnin tikintisinə başlayıblar

291views

Məşhur İspan memar Santiago Calatrava bir neçə gün əvvəl tikintisi başlanılan yeni layihəsini təqdim edib – Dubai Creek Tower.

Bu göydələn Dubayın klassik incəsənəti, mədəniyyətini və dövrümüzün texnoloji inkişafını özündə birləşdirəcək. Soyuq riyazi və həndəsə hesablamaları nəticəsində gözəl forma əldə edəcəyik.

Santiago Calatrava

Adı gedən göydələnin forması minarəni xatırladacaq, lakin hündürlüyü dünya mövcud olan bütün məcidlərlə heç müqayisə belə olunmur. Çünki yeni tikilən göydələn dünyanın ən yüksək tikilisi olan Burj Khalifa-dan da yüksək olacaq.

Memarın ideasına görə göydələndə eyvanlar, 3 müşahidə sahəsi və Babil-in yeni asma bağları sırasına girəcək bir neçə mərtəbə səviyyəsində qış bağları yer alacaq. Göydələn eləcə də insan müdaxiləsi olmadan fasadları yumaq üçün nəzərdə tutulan texnologiya ilə təchiz olunacaq.

Karyeram ərzində mən gözəllik və incəsənət yaratmaq üçün bir vasitə kimi texnologiyalardan istifadə edirdim. Dubai Creek Tower  dünyanın hər bir yerindən gələnlərin görüş yeri və tərəqqiyə inam rəmzi olacaq.

Santiago Calatrava

cal2 cal3 cal4 cal5 cal6