Səyahət

Donald Trump yeni səyahət qadağası hazırlayıb

Donald trump 2017 fevral
132views

Məhkəmələr onun bəzi ölkələrin vətəndaşlarının ABŞ-a qirişini qadağan edən ilkin cəhdini dayandırdıqdan sonra, prezident Donald Trump səyahət qadağasının tətbiqi üçün yeni fərman nəzərdən keçirdiyini bildirib.

Cənab Trump rəsmi təyyarəsində jurnalistlərə yeni fərmanı bazar ertəsi və ya çərşənbə axşamı imzalaya biləcəyini deyib.

Prezident bu sözləri onun səyahət qadağasını dayandıran məhkəmə qərarının San Francisco apelyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılmasından sonra deyib.

Prezident Trump-ın fərmanı əsasən yeddi müsəlman ölkələrinin vətəndaşlarının ABŞ-a qirişini qadağan etmişdi.

Hazırda yeni ABŞ immiqrasiya fərmanının məzmunu məlum deyil.

Cənab Trump yeni fərmanın “çox az” dəyişiklik tətbiq edəcəyini deyib, lakin nəzərdən keçirilən yeni qadağanın detallarını paylaşmayıb.

yaaz.az

Cənab Trump-ın cümə günü dediklərinə baxmayaraq, onun administrasiyası ilkin səyahət qadağasını dayandıran Seattle məhkəmə qərarının ləğv edilməsini hələ də məhkəmələrdə təqib edə bilər.

Cənab Trump jurnalistlərə “biz bu döyüşü qazanacağıq” deyib, və əlavə edib ki, “Təəssüf ki, bu çox vaxt çəkir…lakin yeni əmr daxil olmaqla bizdə başqa seçimlər də var”.