Siyasət

Donald Trump: “Çin hərbi baza yaradarkən məgər bizdən icazə almışdı?”

NATIONAL HARBOR, MD - FEBRUARY 27: Chairman and president of the Trump Organization Donald Trump addresses the 42nd annual Conservative Political Action Conference (CPAC) February 27, 2015 in National Harbor, Maryland. Conservative activists attended the annual political conference to discuss their agenda. (Photo by Alex Wong/Getty Images)
215views

ABŞ Prezidenti seçilən Donald Trump, Çin ilə keçən həftə yaşadığı diplomatik gərginliyin ardından, Twitter vasitəsi ilə Çini tənqid atəşinə tutub.

Trump Çinin pul siyasətini və Cənubi Çin dənizindəki əməliyyatlarını hədəf alaraq, “Çin pul vahidinin dəyərini salıb ABŞ şirkətlərinin rəqabət gücünü qırarkən, məhsullarımıza yüksək vergi qoyarkən (ABŞ, Çin mallarından vergi almır) və ya Cənubi Çin dənizinin ortasında hərbi baza yaradarkən bizdən məgər icazə almışdı? Heç sanmıram” deyə yazdı.

Trump’ın keçən həftə Tayvan Prezidenti Tsai Ing-Wen ilə birbaşa telefonla əlaqə yaratması Çini qəzəbləndirmişdi. Tayvanı öz torpaqlarının bir parçası olaraq görən Çin, bu əlaqədən sonra ABŞ-a etiraz etmişdi. Ağ Ev də telefon elaqəsinin ABŞ siyasi baxışında hər hansısa bir dəyişiklik etmədiyini açıqlamışdı.

Xatırladaq ki Washington, Pekinin “Tək Çin” siyasətinə dəstək verdiyini açıqlayaraq, Tayvan ilə rəsmi əlaqələrini 1979-cu ildə sonlandırmıştı.

ABŞ Devalvasiyanı daha əvvəl də tənqid etmişdi.

Çinin pul vahidi Yuanın dəyərini salmasına Washington daha əvvəl də etiraz etmiş və qərarın Çinli ixracatçılara haqsız rəqabət təmin etdiyini bildirmişdi.

Eyni şəkildə Çinin Cənubi dənizindəki hərbi bazaları da ABŞ-ın etirazına səbəb olmuş və ABŞ döyüş gəmiləri bölgəyə göndərilmişdi. İki ölkə də bir-birini, bölgədə hərbi bazaya yaratmaqda günahlandırmışdı.