Kino

“Don Marleone” adlı bədii film kinoteatrlarda nümayişə hazırlaşır

1.39Kviews

“Black Garden Company” istehsalı olan “Don Marleone” adlı bədii film 2017-ci ilin aprel ayından kinoteatrlarda nümayişə başlayır.

Son zamanlar Azərbaycanda kino sənayesinin inkişafını, müxtəlif janrlarda çəkilmiş filmlərin getdikcə daha zövqlü və inkişaf etdiyini görməyin sevindirici hal olduğunu deyə bilərik. Əslinə baxarsanız yaxın keçmişdə, SSRİ dövründə Azərbaycan kino sənayesinin hansı pillədə olduğunu bilirik, o zamanlar çəkilmiş filmlər ilə, bizə yaxın olan, sevərək izlədiyimiz digər ölkələrin köhnə filmlərini eyni mərtəbəyə qoymaq belə mümkünsüzdür. İstər aktyor heyəti, istər kinoda verilmiş mesajlar və məntiq baxımından dəfələrlə üst pillələrdə olduğumuz şübhəsiz idi. İndi isə düşünmək lazımdır, o nəsilin nəvələri sayılan yeni nəsil Azərbaycan kino sənayesi nəyə görə gözəl layihələr, gözəl kinolarla gündəmdə öz yerlərini tutmamalıdırlar? Təbii ki, artıq bu proses sürətlə inkişaf edir və daha da gözəl pillələrə gəlib çıxacağı artıq şübhəsizdir.
Bu gün ki, kinomuz isə quruluşçu rejissoru Elmar Bayramovun olduğu ‘Don Marleone’ kinosudur. İlk tizeri ötən gün yayımlanan film aprel ayında kinoteatrlarda nümayiş etdiriləcəyi bildirilir.

Film haqqında:

“Bəzən ətrafda baş verən hadisələr reallıqdan çox filmə bənzəyir. Özü də əsrin əvvəllərində Amerikada dəbdə olan qanqsterlərin həyat tərzini əks etdirən bir filmə. Ətrafdakı haqsızlıqlar o illəri, haqsızlığı törədənlər isə o zamanın mafioz aləminə satılmış cinayətkarları xatırladır. Bəzən insan bütün bunlara qarşı mübarizəyə qalxıb özünü “Xaç atası” filmindəki qəhrəmanlara bənzətmək istəyir. Bütün bu sadalananlar insanın xəyalında bəzən o qədər canlanır ki, artıq nəyin xəyal və nəyin həqiqət olduğu unudulur.”

Filmin heyəti:
Quruluşçu Rejissor – Elmar Bayramov
Quruluşçu Operator – Muhammad Agha
Ssenari – Rashad Suleymanoghlu
Quruluşçu Rəssam – Könül Kəngərli
Rejissor – Cabir Hacıyev
İcraçı Prodüser – Tofiq Musayev, Rahim Ağayev
Montaj – Şahmar Həşimov

Rollarda:
– Rüstəm Cəbrayılov
– Natavan Əfəndiyeva
– Sain Fərhad
– Murad Abdullayev
– Rövşən Məmmədli
– Əlibəy Məmmədli
– Nofəl Şahlaroğlu
– Əskər Rəhimov
– Vüsal Hacı Qadir
– Ayşad Məmmədov
– Azər Aydəmir
– Yaqub Zeynalov
– Mahir Dərviş
– Zarina Qurbanova
– Bəhram Bağırzadə
– Etibar İsayev
– İsmayıl Kərimov