İqtisadiyyat

Dollar həftəyə rekordlar ilə başladı | Manatı qarşıda nə gözləyir?

267views

Donald Trump’ın ABŞ Prezidenti seçilməsinin ardından keçən həftə bir çox ölkələrdə ən yüksək pilləyə çatan dollar kursları bu həftəyə də yeni rekordlar ilə başlayıb.

Amerika xəzinə təhvili faizlərində möşahidə olunan sərt yüksəliş ilə birlikdə Dollar, inkişaf etməkdə olan ölkələrin pul vahidlərinə qarşı dəyər qazanmağa davam edir.

Yeni həftənin rekordlar ilə başlamasının ardından, Türkiyə Lirəsi bu ölkələr içərisində dollara qarşı ən çox dəyərini itirən pul vahidi olub.

Ölkəmizdə isə hal hazırda ABŞ dollarının rəsmi məzənnəsi 1,6954 manat təşkil edir.

Dünya bazarında dolların rekord seviyyədə bahalaşması isə onu göstərir ki, vəziyyət bu şəkildə davam etsə, manatın məzənnəsini uzun müddət qorumaq mümkün olmayacaq. Gec və ya tez manat devalvasiyaya uğrayacaq.

Ancaq İqtisadiyyat üzrə mütəxəssislər bildirirlər ki, Dollar bu gün Trump’ın prezident seçilməsindən sonra ciddi dalğalanma ərəfəsindədir. Əslində Dolların bu qədər dəyər qazanması Amerika İqtisadiyyatı üçün də xoşagələn bir vəziyyət deyil. Bu müddətlərdə Amerika iqtisadiyyatının da öz pul vahidi ilə bağlı siyasi qarışıqlıq içərisində olacağı bildirilir.

Bütün bunlar nəzərə alındıqda isə, dolların dünya bazarında əvvəlki vəziyyətinə dönəcəyi və hər iki tərəfin də belə bir vəziyyəti qorumağın marağında olacağı gözlənilir.