AstrologiyaMəşhurlar

Dolça bürcündə doğulan tarixi şəxsiyyətlər

1.37Kviews

Dolça bürcündə doğulan tarixi şəxsiyyətlər və məşhurlar.

Dolça bürcü insanları bəşəriyyətə sevgiləri ilə bağlanırlar, eqoist deyillər. Dünyanın gələcəyi ilə məşğul olurlar, dünyanı daha yaxşı bir yer halına gətirib özlərindən daha pis vəziyyətdə olan adamları xilas etmək istəyirlər. Bu üzdən hər kəsə kömək edirlər. İrq, cinsiyyət və sosial vəziyyətinə baxmadan hər kəsin eyni imkanlara malik olmasını istəyirlər. Yenilik və dəyişikliklərin tərəfdarıdırlar.

Məhəmməd Əmin Rəsulzadə

Məhəmməd Əmin Rəsulzadə (31 yanvar 1884) — Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biridir. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun “Bir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur.

Məhəmməd Əmin Rəsulzadə
Məhəmməd Əmin Rəsulzadə

Rauf Denktaş

Rauf Denktaş (27 yanvar 1924) — Şimali Kipr Türk Respublikasının qurucusu və 1-ci prezidentidir (1975-2005).

Rauf Denktaş
Rauf Denktaş

Lütfi Zadə

Əsl adı Lütfəli Rəhim oğlu Əsgərzadə (04.02.1921) — azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professorudur. O bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.

Lütfi Zadə
Lütfi Zadə

Mübariz İbrahimov

Mübariz İbrahimov (7 fevral 1988) — Azərbaycan Milli Ordusunun giziri, Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycanda “ilin adamı” (2010). 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.

Mübariz İbrahimov

Bob Marley

Yamaykalı musiqiçi, gitaraçı, vokalçı və bəstəkar Bob Marli – əsl adı Robert Nesta Marli 1945-cı il fevralın 6-sı anadan olub. Bobun ölümündən 30 il keçməsinə baxmayaraq o indiyədək Reqqi janrının ən yaxşı nümayəndəsi sayılır. Reqqini Yamayka sərhədlərindən kənarda bütün dünyaya məhz Bob Marli tanıdıb.

Bob Marley
Bob Marley

Galileo Galilei

Qalileo Qaliley (15 fevral 1564) — italyan alimi, mexaniki, fiziki, astronomu, riyaziyyatçısı, müasir fizika və astronomiya elmlərinin və elmi düşüncənin banilərindən biridir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Galileo Galilei
Galileo Galilei

Thomas Alva Edison

Tomas Alva Edison (11 fevral 1847) — dünya şöhrətli amerikalı ixtiraçı və sahibkardır. Amerika Birləşmiş Ştatlarında onun adına 1098, xaricdə isə 3 min patent mövcuddur. O teleqrafı, telefonu, kino aparatını təkmilləşdirmiş, elektrik lampasının sənaye üsulu ilə istehsalını təşkil etmişdir. O həmçinin elektrovoz istehsalına başlamış, fonoqraf kəşf etmişdir. Onun təklifi ilə telefon danışığının əvvəlində “alo” deyilməyə başlanmışdır.

Thomas Alva Edison
Thomas Alva Edison

Boris Yeltsin

Boris Yeltsin — Rusiya dövlət xadimi və siyasətçisi (1 fevral 1931). 1991-1999-cu illərdə Rusiya Federasiyasının ilk prezidenti olmuşdur.

Boris Yeltsin
Boris Yeltsin

Abraham Lincoln

Avraam Linkoln (12 fevral 1809) — Amerika Birləşmiş Ştatlarının 16-ci prezidentidir (1861-1865). ABŞ-ın iki hissəyə parçalanması və vətəndaş müharibəsi dövründə ölkəyə rəhbərlik etmiş, ABŞ-da quldarlığın ləğvini təmin etmişdir.

Abraham Lincoln
Abraham Lincoln

Ronald Reagan

Ronald Uilson Reyqan (6 fevral 1911) — Amerika Birləşmiş Ştatlarının 40-cı prezidentidir (1981-1989).

Ronald Reagan
Ronald Reagan

Franklin Ruzvelt

Franklin Delano Ruzvelt (30 yanvar 1882) — Amerika Birləşmiş Ştatlarının 32-ci prezidentidir (1933-1945). 2 dəfədən artıq seçilmiş yeganə ABŞ prezidentidir. 4 dəfə prezident seçilmiş, 4-cü hakimiyyət müddətinin başlamasından qısa müddət sonra beyninə qan sızmasından vəfat etmişdir.

Franklin Ruzvelt
Franklin Ruzvelt

Michael Jordan

Maykl Ceffri Jordan (17 Fevral 1963) əməkli ABŞ-lı professional basketbolcu və fəal iş adamıdır. ABŞ peşəkar basketbol liqası NBA-in rəsmi saytına görə, “Yekdilliklə, Michael Jordan bütün zamanların ən böyük basketbolçusudur”.

Michael Jordan
Michael Jordan

Franz Schubert

Frans Piter Şubert (31 yanvar 1797) – Avstriya bəstəkarıdır. Vyana musiqi məktəbinin ən görkəmli nümayəndələrindən biri və musiqidə romantizmin banilərindən biridir. 600-ə yaxın Leyder (Leider), səkkiz tamamlanmış simfoniya, məşhur “Tamamlanmamış simfoniya”, liturgik musiqi, opera və çoxsaylı kamera və solo piano musiqisinin müəllifidir. O, xüsusilə orijinal melodiyalı və harmonik musiqisi ilə məşhurdur.

Franz Schubert
Franz Schubert

Jules Verne

Jül Qabriel Vern 8 fevral 1828 ) — fransız yazıçı, ədəbiyyatda elmi fantastika janrının ən görkəmli nümayəndələrindən biridir. Ayın yerdən görünməyən hissəsindəki kraterlərdən birinə onun adı verilib. O, YUNESKO-nun Index Translationum adlı, bütün dövrlərin ən çox tərcümə edilmiş müəllifləri siyahısında ikinci yerdə qərarlaşıb. Jül Vern Hüqo Vernbak və Herbert Uellslə birgə elmi fantastika janrının “atası” sayılır.

Jules Verne
Jules Verne

Eva Braun

Eva Braun (tam adı – Eva Anna Paula Braun) (6 fevral 1912) — Adolf Hitlerin sevgilisi, sonralar isə həyat yoldaşı olub.

Eva Braun
Eva Braun

Charles Darvin

Çarlz Robert Darvin (12 fevral 1809) – çağdaş təkamül nəzəriyyəsinin təməlini qoymuş ingilis təbiətşünasıdır. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Charles Darvin
Charles Darvin

Charles Dickens

Çarlz Dikkens (7 fevral 1812) — ingilis ədəbiyyatının ən məşhur yazıçısı və roman müəlliflərindən biridir. Onun romanları və kiçik hekayələri dünya ədəbiyyatının ən məşhur nümunələrindən hesab edilir.

Charles Dickens
Charles Dickens

Wolfgang Amadeus Motsart

Volfqanq Amadey Motsart (27 yanvar 1756) – dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən biridir.

Wolfgang Amadeus Motsart
Wolfgang Amadeus Motsart

John Travolta

Con Cozef Travolta (18 Fevral 1954) ABŞ-lı oyunçu və müğənnidir. Saturday Night Fever və Grease filmlərindəki çıxışı ilə önə çıxmağa başlayıb. Maraqlı fizikası, xüsusilə üz quruluşu onun ən mühüm xüsusiyyətlərindəndir.

John Travolta
John Travolta

Aygün Kazımova

Kazımova Aygün Ələsgər qızı (26 yanvar 1971) — azərbaycanlı müğənni, bəstəkar, aparıcı, aktrisa, Azərbaycanın xalq artistidir. Aygün Kazımova müasir Azərbaycan musiqisinin yaradıcısı olaraq qəbul edilir. Aygün Kazımovanın ləqəbi Diva-dır. Aygün Kazımova Birinci Qarabağ müharibəsində vuruşmuşdur.

Aygün Kazımova
Aygün Kazımova

Ajda Pekkan

Ajda Pekkan (12 fevral 1946) — Türkiyəli pop müğənni və aktrisa. Türkiyədə, Türk pop musiqisinin “Superstar”‘ı olaraq tanınar.

Ajda Pekkan
Ajda Pekkan

Arda Turan

Arda Turan (30 yanvar 1987) — türk futbolçu, Barselona futbol klubunun və Türkiyə milli futbol komandasının oyunçusu.

Arda Turan
Arda Turan