Gündəm

Diqqət, bu metro stansiyası təmirə bağlanır

254views

Bakı Metropoliteninin “Cəfər Cabbarlı” stansiyasının birinci yolu bağlanacaq.

Bu barədə, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, dekabrın 7-dən etibarən “Cəfər Cabbarlı” stansiyasının 1-ci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar qısamüddətli bağlanacaq: “Təmir-bərpa işlərinin təxminən 2 həftə davam etməsi planlaşdırılır. “Xətai” stansiyasına gedəcək sərnişinlər “Cəfər Cabbarlı” stansiyasının ikinci yolundan istifadə edə bilərlər”.

N. Paşayev qeyd edib ki, istifadədə olan 2-ci yol “28 May” stansiyasından “Cəfər Cabbarlı” stansiyasına keçərkən soldakı yoldur.