KinoMəşhurlar

Dilarə Əliyeva yeni görüntüsü ilə hər kəsi təəccübləndirib

399views

Əməkdar artist, aktrisa Dilarə Əliyeva yeni görüntüsü ilə hər kəsi təəccübləndirib.

 

Aktrisa, Tahir və Cabir İmanov qardaşlarının prodüserliyi ilə çəkilən “Ölülər XXl əsr” filminin treyleri yayılıb. Filmdə Dilarə Əliyeva da rol alıb. Görünüşü 180 dərəcə dəyişən aktrisa tanınmaz halı ilə maraq doğurub. Hətta tamaşaçıların çoxu onu tanıya bilməyib. Filmin ssenari müəllifləri Tahir İmanov, Ələkbər Əliyev, Mütəllim Həsənov, Anar Ömərov, Məmmədəli Kazımovdur. Quruluşçu rejissor Şuşa, quruluşçu operator Saulius Lukaşeviçius (Litva), bəstəkar Faiq Sücəddinovdur.

Tahir İmanov, Valeh Kərimov, Elnar Qarayev, Cabir İmanov, Rövşən Kərimduxt, Bəhram Bağırzadə, Azər Məmmədzadə, Dilarə Əliyeva, Mehriban Xanlarova və başqalarının rol aldığı film  sentyabrın 22 bütün kinoteatrlarda nümayiş olunacaq.