Maraqlı

Dil öyrənmək üçün 4 sadə üsul

431views

Dil biliyi karyeramızı qurmaqda daha yaxşı imkanlar yaratmaqla yanaşı həm də bizi başqa mədiyyətlərə yaxın edir. Bu da o deməkdir ki, bizim bilik mənbələrimiz çoxalır.

Amma dil öyrənmək müəyyən qədər vaxt və iradə tələb edir. Dil kurslarına getmək, danışıq klublarına üzv olmaq yalnız öz üzərimizdə işlədiyimiz zaman işə yarayır. Yəni biz özümüzü öyrəndiyimiz dil ilə əhatə etməliyik, həftə 2-3 dəfə yox, hər gün öyrəndiyimiz dilə vaxt ayırmalıyıq.


Beləliklə, Yaaz.az  dil öyrənənlər üçün sadə üsullar təqdim edir:

1.Mahnılar dinləyin. Öyrəndiyimiz dildə ifa olunan mahnıları dinləyirik, lakin çox vaxt sözlərin tələffüzü bizi “çaşdırır”. Sevərək dinlədiyiniz, lakin sözlərini anlamadığınız mahnının sözlərini İnternetdə tapıb oxuyaraq dinləyə bilərsiz. Anlamadığınız sözlər varsa, onlayn tərcüməçilərdən istifadə edin. Mahnıları oxumağa çalışın, bu zaman söz ehtiyatını artırmaqla yanaşı həm də sözləri düzgün tələffüz etməyi öyrənirsiz.

dil1 Youtube.com ünvanında sevdiyiniz mahnıları sözlərilə birlikdə tapa bilərsiz.

2.Kitab oxuyun. Başlanğıcda oxumaq və anlamaq çətin görünsə belə, öyrənmək istədiyiniz dildə mütləq oxumalısız. Bununla söz ehtiyatını çoxaldırsız, dilin qramatikasını daha yaxşı öyrənirsiz.

dil2Anlamadığınız sözü tez tərcümə etmək üçün kitabları onlayn və yaxud smartfonda xüsusi proqram vasitəsi ilə oxuya bilərsiz.

3.Film və serial izləyin. Bu əvvəlcədən öz dilinizdə izlədiyiniz film ola bilər. Film, serial seçimində diqqətli olun: əgər söz ehtiyatınıza uyğun film seçməsəz anlamaqda çətinlik çəkəcəksiz, bu isə öyrənmək həvəsinizi azaldacaq. Buna görə də, çalışın filmin məzmunu ilə əvvəlcədən tanış olun.

dil3Bundan əlavə filmləri subtitrlarla izləyə bilərsiz. Amma subtitrların öyrəndiyiniz dildə olması daha məqsədə uyğundur. Əgər subtitrlar öz dilinizdə olarsa – subtitrları oxumaqla məşğul olub, dinləməyi unudacaqsız, bu isə heç bir nəticə verməyəcək.

Məsələn ingilis dili öyrənənlərin Ororo.tv  izlədiyi serial və filmlərə bir çox dildə subtitrlar təklif edir.

4.Öyrəndiyiniz dildə danışın. Dili yaxşı anlaya bilərsiz, amma dili istifadə etməli, danışmalısız. Bəzən öyrəndiyimiz dili zəif bildiyimizi düşünüb danışmaqdan çəkinirik. Dildən istifadə etmək üçün əcnəbilərlə danışın, söhbət edin.

dil4Dil öyrənənlərin bir-birlərinə kömək etməsi üçün təklifolunan yükləmələrdən istifadə edə bilərsiz (məsələn: HelloTalk).

Öyrəndiyiniz dilin daşıyıcılarını necə və harada tapacağınız sizin yaradıcılığınızdan da asılıdır. Şəhərdə turistlərin sıx olduğu yerlərə gedə bilərsiz.