MaraqlıSağlamlıq

Dejavu – bu anı daha əvvəl yaşamışam hissi

1.27Kviews

Bu anı daha əvvəl yaşamışdımla başlayan Dejavu nədir?

Gündəlik həyatda bir küçədən keçərkən, biri ilə danışarkən hətta bir yemək belə yeyərkən sanki o anı daha əvvəldən yaşamış kimi oluruq bəzən.

Bu vəziyyətə, dejavu deyilir, bəs bu nə ilə bağlı ola bilər?

Bəzən yaşadığınız anı yuxuda gördüyünüzü zənn edə bilərsiniz. “Dejavu” olaraq anılan bu anı daha əvvəldən yaşamaq hadisəsinə bir az daha yaxından baxaq.
Dejavu sözü Fransızca; déjà (daha əvvəldən) və voir (görmək) felinin keçmiş zamanda çəkimi olan ‘vu’nun vəhdətindən meydana gəlmiş bir sözdür.

Devaju nədir?

Beynin yaddaşı qovluqlar halında çalışması ilə birlikdə, qovluqlar halında işləyən beyin, gələn məlumatları təsnifatlara bölərək saxlayır və bir-birinə bənzər məlumatları eyni yerə atır. Bəzən bənzərliklər o qədər çox oxşuyur ki, bir qovluqda təqribən eyni iki element yer alır.

Beyin, kompüterlərdən bildiyimiz kimi, həmin faylı “klonlaşdırır və dəyişdirir”, yəni köhnə anın üstünə yenisini yazır deyə bilərik. Bu hadisənin şüur səviyyəsində əks olunması da dejavu təcrübəsi olur.

Devaju nədir?
Beyin bir məlumatı qoyarkən və yığarkən iki dəfə qəbul edir. Bəzən bu qavrayış növləri arasındakı fərq hələ bilmədiyimiz bir səbəblə ortadan qalxır və hadisə iki dəfə qəbul etmiş olduğu üçün, fərd hadisənin ikinci dəfə yaşandığı hissinə qapılır. Bəzi nəzəriyyələrə görə, bu, beyinin iki ləçəyinin bir-birindən milisaliselik fərqlərlə çalışmasından, bəzisinə görə isə gözün məlumatları beyinə bəzən iki dəfə göndərməsindən irəli gəlir.

Nəticə olaraq məlumatın iki dəfə qəbul edilməsi, hadisənin ikinci dəfə yaşandığı hissini doğurur bizlərdə.

Devaju nədir?

Dejavu-nun əksi jamaisvu-dur. Bu halda insanlar, tanıdığı bir yerdə uzaqlıq yaşayırlar. Dejavu-ya oxşar səbəblərlə ortaya çıxır. Sübutu olmasa da bəzi elm adamları paralel kainatların varlığından bəhs edirlər.

Gün içərisində ruhi durumu daim dəyişən insanların daha çox dejavu yaşadıqları da irəli sürülmüşdür.

Aralarında hələ elmi bir bağ qurulmamış olmasına baxmayaraq, şizofreniya xəstələri, anksiyeti pozğunluğu yaşayanlar və depressiyada olan insanlar daha tez-tez dejavu yaşayırlar. Epilepsiya xəstələrində dejavu, sonra gələcək böyük növbələrin xəbərçisi ola bilər. Çünki epilepsiya xəstələri tutulmamışdan əvvəl tez-tez dejavu yaşayırlar.

Devaju nədir?

Dejavu haqqında düşüncəmizi oyadan bir məsələ var, o da, ilk anda o hadisəni daha əvvəl yaşamış kimi hiss etmək və “dejavu yaşayıram” deməkdən ibarətlikdir. Amma əsl maraqlı olanı, dejavu anını yaşadıqdan sonra gələn etapları əvvəlcədən görə bilməyimiz halına gəlməyimizdir.

Məsələn, dostun sənə bir qədəh uzadır, bir şey deyir, sən tam o sırada dejavu yaşayırsan və bitdi güman edirsən, amma, stəkanı əlindən salacağını qəribə bir şəkildə hiss edib və ya nəzərdə tutub, dostunun stəkanı düşürməyini izləyirsən. Vəziyyətə görə bu proqnozların müddəti uzana da bilir. Lakin hazırda bununla əlaqəli bir açıqlama verilməyib.