Kino

Debbie Reynolds’un qəlbi qızının ölümünə dözə bilmədi

Debbie Reynolds vefat etdi
250views

Amerikalı aktrisa Debbie Reynolds, özü kimi aktrisa olan qızı Carrie Fisherin ölümündən bir gün sonra həyatını itirib.

Məşhur aktrisa Reynolds’un ölümünü oğlu Todd Fisher açıqlayıb. Fisher, Amerika meydasına verdiyi müsahibədə, “Ürəyi qızının ölümünü dözmədi. Anam Carrieyə qovuşmaq istədi. ” deyə bildirib.

Xatırladaq ki, Star Wars filmlərindəki Şəhzadə Leia xarakteriylə tanınan Carrie Fisher isə 2 gün öncə 60 yaşında həyatını itirmişdi.

Debbie Reynolds, Hollywood kino tənqidçilərinin tarixin ən yaxşı Musiqi filmi olaraq göstərilən 1952-ci ildə yayımlanan “Singin ‘in the Rain” dəki performansıyla bilinirdi. Titanik gəmisindən xilas olan Margaret Brownu canlandırdığı “The Unsinkable Molly Brown” filmindəki roluyla Oscara da namizəd olan Reynolds 84 yaşında idi.