Digər İdman

Davis Cup’ın yeni Çempionu – ARGENTİNA

155views

Argentina komandası geriyə düşdüyü matçda böyük əzmkarlıq göstərərək Xorvatiyanı məğlub edib və Davis Cup turnirinin çempionu olub.

Kişilər tenisində milli səviyyədəki ən nüfuzlu turnir sayılan Davis Cup’ı, Xorvatiyanı 3-2 məğlub edən Argentina qazanıb.

Xorvatiyanın paytaxtı Zagreb’də təşkil edilən Davis Cup finalında, Marin Cilic, Ivo Karlovic və Ivan Dodig’den ibarət Xorvatiya Milli Komandası ilə Federico Delbonis, Juan Martin del Potro və Leonardo Mayer’den ibarət Argentina Milli Komandası qarşı-qarşıya gəlib.

yaaz.az Davis Cup 2016

Final gününün ilk matçında ev sahibi Xorvatiya, Cilic’in Delbonis’i 3-2 (6-3, 7-5, 3-6, 1-6, 6-2) məğlub etməsi ilə, hesabı 1-0 edib. Ancaq Argentina, Del Potro’nun Karlovic’i 3-1 (6-4, 6-7, 6-3, 7-5) məğlub etməsiylə hesab 1-1 olub.

İkinci günün ilk mübarizəsi cütlər kateqoriyası ilə başlayıb. Cilic və Dodig’dən ibarət Xorvatiya komandası, Del Potro-Mayer’ə qarş oynadıqları cütlər matçını 7-6, 7-6 və 6-3’lük setlərlə 3-0 qazanıb və Xorvatiya finalda 2-1 önə keçib.

Final oyununda küləyin istiqamətini dəyişən matç isə Cilic ilə Del Potro arasında baş tutub. Qalib gələcəyi təqdirdə Xorvatiyaya kuboku qazandıracaq Cilic, setlərdə 2-0 önə keçərək çox əhəmiyyətli bir üstünlük əldə edib. Ancaq matçın gedişatını dəyişdirməyi bacaran Del Potro, qarşılaşmanı 3-2 (6-7, 2-6, 7-5, 6-4, 6-3) qazanaraq Argentinanın ümidini yenidən canlandırıb. Beləcə hesab 2-2’ə gəlib çatıb.

yaaz.az Davis Cup 2016

Çempionu təyin edən son matçda isə Karlovic ilə qarşılaşan Delbonis, rəqibini 3-0 (6-3, 6-4, 6-2) məğlub edərək Argentinanın 2-1 geriyə düşdüyü final qarşılaşmasında 3-2 qalib gəlməsini təmin edib.

Bu il 104-cüsü təşkil edilən turnirdə ilk dəfə zəfər əldə edən Argentina, finalda 2-1 geridən gəlib kuboku qazanan 7-ci ölkə olub. Beləliklə daha əvvəl 4 dəfə final oynayıb məğlub olan Argentina bu dəfə bu uğursuzluğu sonlandıra bilib.

yaaz.az Davis Cup 2016